Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 uğurla BAŞA ÇATDI

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan ikinci Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) 3000-ə qədər iştirakçını cəlb edən intensiv həftəlik proqramla başa çatıb.

Bizim.Media xəbər verir ki, həftə çərçivəsində keçirilən tədbirlərdə 25 ölkədən olan hökumət nümayəndələri, parlament üzvləri, alimlər, biznes və qadın liderlər, gənc iqlim fəalları və çoxtərəfli təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbir bir daha Azərbaycanın qlobal iqlim dialoqunun mərkəzində olduğunu göstərdi.

Paytaxtın 8-dən çox məkanında keçirilən 46 tədbir və sessiya, 30-dan çox mövzunu əhatə etməklə, hökumət nümayəndələrini, sabiq baş nazirləri və prezidentləri, parlament üzvlərini, alimləri, biznes və qadın liderləri, gənclər hərəkatlarını, iqlim çempionlarını, Birləşmiş Millətlər Təşkilatı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Braziliyanın Kiçik və Orta Biznesə Dəstək Agentliyi (SEBRAE), Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq təşkilatları bir araya gətirdi. Məqsəd Braziliyada baş tutacaq COP30-a aparan yolda dialoqu gücləndirmək və prosesə təkan vermək idi.
 

İqlim Həftəsinə Afrika, Asiya, Avropa və Amerikanın 25-dən çox ölkəsini təmsil edən spiker və iştirakçının qatılması həftənin beynəlxalq miqyasını nümayiş etdirdi.


Mövzuların genişliyi isə iqlim böhranının mürəkkəbliyini bir daha əks etdirdi. İqlim maliyyələşməsi və hesabatlılıq – ədalətli keçid üçün resursların səfərbər olunması mexanizmlərinin müzakirəsi; Enerji keçidi və mobillik – bərpaolunan enerji, innovasiya və şəhər səviyyəsində həllər; Adaptasiya və dayanıqlılıq – iqlim riskləri ilə mübarizədə bölgələrarası təcrübə mübadiləsi; Qida sistemləri və dairəvi iqtisadiyyat – davamlı istehlak və istehsal yollarının öyrənilməsi; Gender və liderlik – qadınların iqlim siyasəti və fəaliyyətində liderliyə təşviqi və s.

İqlim Həftəsi çərçivəsində iqlim dayanıqlığı üçün institutların gücləndirilməsi, yaşıl tikinti, iqlimə davamlı aqrobiznes, yaşıl keçid və dayanıqlı moda mövzularına həsr olunmuş dəyirmi masalar təşkil olundu.

Həftə ərzində ilk dəfə COP29 Dayanıqlılıq Hesabatı təqdim edildi və Azərbaycan Universitetlərinin İqlim Şəbəkəsi təsis olundu.

Gənclər seqmenti çərçivəsində Gənclər İqlim Forumu, gənc rəssamların və startapçıların daha yaşıl dünya üçün baxışlarını təqdim etdiyi “Planet üçün İncəsənət və İnnovasiya” sərgisi, tələbələri yaşıl iqtisadiyyat imkanları ilə birləşdirən Davamlı Karyera Sərgisi, həmçinin uşaqlar arasında ekoloji məlumatlılığı və inklüzivliyi artırmağı hədəfləyən “Kiçik İqlim Çempionları” tədbirləri keçirildi.

BCAW 2025 Rio İqlim Fəaliyyəti Həftəsindən sonra və COP30-dan əvvəl keçirildi, beləliklə Rio-Bakı-Belem xəttinin qlobal iddiaları necə formalaşdırdığı nümayiş olundu.

Gələn ay COP sədrliyini Braziliyaya təhvil verəcək Azərbaycan üçün bu həftə sadəcə dialoq meydanı deyil, həm də iqlim mirasını möhkəmləndirmək üçün bir fürsət oldu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

End of content

No more pages to load

RADİO