Cənubun turizm incisi - Sım kəndindən FOTO

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur təşkil edilib.

Bizim.Media xəbər verir ki, mediatur çərçivəsində Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizmi imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri, yerli mətbəx tanıdılıb.

Qeyd olunub ki, regionlarda turizmin inkişafı, yeni destinasiyaların formalaşdırılması və turizm klasterlərinin yaradılması məqsədilə müxtəlif istiqamətdə tədbirlər görülür. Bu istiqamətdə Agentlik tərəfindən turizm potensialı yüksək olan kəndlər və onların ətrafında turizmyönümlü fəaliyyətlər dəstəklənməkdədir.
 

Belə ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən Dövlət Turizm Agentliyi tərəfindən seçilmiş kəndlərdə “Turistik kənd” konsepsiyasına uyğun turizm infrastrukturunun yaradılması layihəsi icra olunmaqdadır.


Layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünün yaxşılaşdırılması və kəndin abadlaşdırılması vasitəsilə turizm və onun ətrafında məşğulluq imkanlarının genişləndirilməsidir.

Bildirilib ki, “Turistik kənd” layihəsi Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, eləcə də Astaranın Sım kəndini əhatə edir.

Qeyd olunub ki, layihə çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən Sım kəndinin turizm potensialının qiymətləndirilməsi aparılaraq kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb.

Həmçinin, kənddə aqroturizmin inkişaf etdirilməsi və təşviqi məqsədilə həyata keçirilən layihələr haqqında məlumat verilib.
 

Bildirilib ki, Sım kəndində aqroturizm və kənddə ənənəvi arıçılıq təsərrüfatının inkişaf etdirilməsi, nümunəvi arıçılıq təsərrüfatının yaradılması və turizmə inteqrasiya olunması üzrə, eləcə də Sım kəndində turizm infrastrukturunun və icma iştirakçılığının inkişafı üzrə DTA-nın dəstəyi ilə həyata keçirilən layihələr kəndin turizm potensialının genişləndirilməsinə xidmət edir.


Məlumat verilib ki, kənd yerlərində məşğulluğun artırılması məqsədilə Dövlət Turizm Agentliyi ilə müvafiq dövlət qurumlarının əməkdaşlığı çərçivəsində indiyədək həyata keçirilən layihələr üzrə qonaqlama xidməti göstərən kənd evləri müvafiq avadanlıqlarla təmin edilib, yerli sakinlər üçün qonaqlama, aqroturizm və bələdçilik üzrə təlimlər təşkil edilib, yerli bələdçilər hazırlanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

20 il sonra atasını Azərbaycanda tapdı - Cərrah işləyirmiş

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

“Nikosayağı” qardaşının toyunda BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Qusarda yağıntıların fəsadları ilə bağlı geniştərkibli iclas: Göstərişlər verildi - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

Oktay Kaynarca “Süleyman Çakır”ı unutmadı - FOTO

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

"Tacir Şahmalıoğlu və Cabbar Musayevə bahalı maşın nömrələri verəcəyəm"

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Nəticəni 24 saata biləcəyik” - Tramp

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Karvan-Yevlax” “Kəpəz”ə qalib gəldi - VİDEO

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Kəmaləddin Heydərovdan yeni TƏYİNAT

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

Sərhəddən təhlükə deyil, DOSTLUQ ƏLİ uzandı– Azərbaycan İranla münasibətlərdə yenə İLKİ REALLAŞDIRDI

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

"Onlara haqqımı halal etmirəm" - Tatlısesin səsyazısı yayıldı

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Naxçıvanda ağır QƏZA: Yaralılar var

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Tovuzda mikroavtobus qəza törətdi: Azyaşlı xəsarət aldı – FOTO

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Maaşınızdan hər ay bu qədər KƏSİLƏCƏK

Xanımının geyiminə görə TRT-dən qovulub?

Xanımının geyiminə görə TRT-dən qovulub?

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

AYNA-dan taksilərlə bağlı iddialara CAVAB

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

Naxçıvanda Ayətullah Əli Xameneinin 40 mərasimi təşkil olundu – FOTO

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəkil oldu — FOTOLAR

Asanlıqla pul qazanan bürclər

Asanlıqla pul qazanan bürclər

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Azərbaycan və Almaniya arasında MÜHÜM İCLAS: Nələr müzakirə edildi?

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Trampın sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı – FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Pensiyasını azaltmışdılar, məhkəməyə verdi - 15 min manat da əlavə alacaq - FOTO

Qızı haqqında danışmaq istəmədi

Qızı haqqında danışmaq istəmədi

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Oğuzda 30 ədəd qızılağac kəsildi: Saxlanılan var – FOTO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

Bakıda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə tutuldu - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO