Gəncə terrorundan 5 il ötür

2020-ci ilin 4 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlərlə hücum edilməsi, mülki əhaliyə qarşı yönəlmiş ağır bir hərbi cinayət kimi yadda qaldı. Bu gün həmin hadisədən 5 il ötür.

Bizim.Media xəbər verir ki, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Ermənistan dövləti, döyüş meydanında uduzduqca, qisası mülki əhalidən almağa çalışdı. Nəticədə, cəbhə bölgəsindən uzaqda yerləşən, tamamilə dinc insanların yaşadığı Gəncə şəhəri raket atəşinə tutuldu. Bu, beynəlxalq hüququn bütün normalarının, humanitar dəyərlərin və insanlıq anlayışının açıq şəkildə tapdanması idi.

Ermənilərin Gəncəyə atdığı raketlər sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü. Nəticədə 1 mülki şəxs şəhid olmuşdu, 39 mülki şəxs isə yaralanmışdı. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəymişdi. Bu hücum, hərbi əməliyyatların cəbhə bölgəsindən uzaq, tamamilə mülki əhalinin yaşadığı bir şəhərə qarşı törədilmiş açıq və ağır hərbi cinayət idi.
 

Gəncəyə ilk raket hücumu Ermənistanın dinc əhalini qorxuya salmaq, ölkədə xaos yaratmaq və ictimai rəyə təsir etmək məqsədi daşıyırdı. Lakin baş vermiş bu hücumlar əksinə nəticə verdi - xalq daha da sıx birləşdi, dövlətin ətrafında daha möhkəm cəmləşdi.


Dövlətin vaxtında və məqsədyönlü reaksiyası, humanitar yardım və psixoloji dəstək mexanizmlərinin səfərbər edilməsi, qısa zamanda bərpa işlərinin başlanması və şəhərin yenidən qurulması xalqın öz liderinə və dövlətinə olan inamını daha da artırdı.
 

Azərbaycan Ordusu həmin hücumlara cəbhədə cavab verdi. Vətən müharibəsində Azərbaycan, yalnız hərbi deyil, həm də mənəvi qələbə qazandı. Mülki əhalini hədəfə alan Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn və ədalətin zərbə gücünü gec-tez hiss etdi.

Gəncə hadisələri, Azərbaycanın müharibədə hücum edən yox, özünü müdafiə edən və beynəlxalq hüquqa əsaslanan tərəf olduğunu bir daha sübut etdi. Gəncə terroru nə Azərbaycan, nə də dünya ictimaiyyəti tərəfindən unudulmamalıdır. Bu, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin sınağı idi. Sülhə çağırış edənlər, ilk növbədə bu kimi cinayətləri tanımalı, onları qınamalı və bir daha təkrarlanmamasına çalışmalıdırlar.


Qeyd edək ki, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki şəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444 nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

End of content

No more pages to load

RADİO