İctimai nəqliyyatda vahid kartdan istifadə edə biləcəyik

Bakıda ictimai nəqliyyatda "BakıKart", Gəncədə isə "CityKart" sistemləri ilə ödəniş həyata keçirilir. Lakin ölkəmizdə nəqliyyat xidmətlərinin daha da təkmilləşdirilməsi istiqamətində vahid ödəniş kartı tətbiqinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Ehtimal olunur ki, sözügedən yenilik sayəsində, vətəndaşlar həm paytaxtda, həm də regionlarda ictimai nəqliyyatdan eyni kart vasitəsilə istifadə edə biləcəklər.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “modern.az”a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, praktik olaraq bu, çətin məsələ deyil, sadəcə olaraq hazırda mövzu müzakirə mərhələsindədir.

"Düşünürəm ki, bu kart tətbiq olunarsa, həm avtobusda, həm metroda, həm də qatar sistemlərində istifadə etmək mümkün olacaq. Vahid bir kartla ictimai nəqliyyatın və ona bərabər tutulan nəqliyyat növlərinin rahat istifadəsi təmin ediləcək".

Ekspert bildirib ki, belə olduqda adlarla bağlı müəyyən təkliflər meydana çıxır:

"Məsələn, "BakıKart", "CityKart" və s. Zənnimcə, bunun fərqi yoxdur, əsas məqsəd odur ki, bu sistem bütün ölkə üzrə keçərli olsun. Yəni, kart Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə ictimai nəqliyyatın bütün növlərində istifadə edilə bilsin.

Sistem necə işləyəcək və adı nə olacaq, bunu zamanla görəcəyik. Sözügedən məsələ ilə bağlı isə AYNA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar tərəfindən işlər aparılır", - deyə o əlavə edib.

O həmçinin vurğulayıb ki, sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaşlar birdən çox kart daşımaq məcburiyyətində qalmayacaq, sadəcə bir kartla bütün nəqliyyat növlərindən rahat istifadə edə biləcəklər.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə diqqətə çatdırıb ki, hazırda nəqliyyatda bank kartları ilə ödəniş imkanı üzərində işlər aparılır.

"Bu da o deməkdir ki, bank kartları vahid nəqliyyat kartı funksiyasını daşıya biləcək. Onsuz da bu gün demək olar ki, hər kəs bank kartlarından istifadə edir. Eyni zamanda, "Google Pay" və "Apple Pay" kimi tətbiqlər əksər smartfonlarda mövcuddur. Əgər bu sistemlər vasitəsilə ödəniş imkanı yaradılarsa, əlavə kartlara ehtiyac qalmadan birbaşa telefonla da ödəniş etmək mümkün olacaq".

R.Ağamirzəyev onu da əlavə edib ki, hazırda ölkədə bank kartı ilə nəqliyyatda ödəniş yalnız Gəncə və Şamaxıda tətbiq olunub:
 

"Bakıda isə bu imkan hələlik yalnız dəmir yolu nəqliyyatında mövcuddur. Düşünürəm ki, bu sahədə daha intensiv işlər görülməlidir ki, insanların harada olmasından asılı olmayaraq, istənilən nəqliyyat növündə birbaşa bank kartı ilə ödəniş edə bilsinlər".


Yekun olaraq nəqliyyat eksperti bildirib ki, sözügedən yanaşma həm də ayrı-ayrı şəhərlərdə fərqli kartlar gəzdirməyə olan ehtiyacı aradan qaldıra və vətəndaşların kart ilə bütün bu əməliyyatları rahatlıqla icra edə bilməsinə imkan yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İtaliya millisi dünya çempionatından kənarda qaldı

İtaliya millisi dünya çempionatından kənarda qaldı

TDT-nin Baş katibi Azərbaycana gəldi

TDT-nin Baş katibi Azərbaycana gəldi

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

ŞAD XƏBƏR – Bu məhsullar UCUZLAŞACAQ

Rusiya təyyarəsi qəzaya uğradı - 29 ölü var

Rusiya təyyarəsi qəzaya uğradı - 29 ölü var

İrana qarşı hərbi əməliyyat nə vaxt başa çatır?

İrana qarşı hərbi əməliyyat nə vaxt başa çatır?

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

End of content

No more pages to load

RADİO