Evlənənlərin YAŞ FƏRQİ - Qadın kişidən böyük olanda niyə QINANILIR?

Evlənən cütlüklərin yaş fərqi həmişə müzakirə mövzusu olub. Bəzi ölkələrdə kişi və qadın arasındakı yaş fərqinin ailədaxili münasibətlərə təsir edəcəyi baxımından yolverilməz hesab edilir. Xüsusilə, qadının kişidən böyük olduğu hallar daha çox qınanılır. Azərbaycanda da bu belədir. 

Bu barədə Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, son dönəmlər kişilərin özlərindən gənc xanımla evləndikləri hal çoxalıb:

“Artıq elə bir həddə çatıb ki, kişilər nəinki qızı, hətta nəvəsi yaşda bir xanımla evlənirlər.

Qadındansa bunu soruşanda məntiq evliliyi etdiyini, gələcəyini zəmanətə aldığını deyir. Çox qızlar var idi ki, xarici ölkəyə varlı kişinin arxasınca getdilər, amma sonra canlarını o insandan qurtarmaq üçün dövlətdən dəstək istədilər. 

Ümumiyyətlə, pula görə hər hansı insanla, xüsusilə, yaşlı insanla ailə qurmaq olmaz. Bizim ataların bir sözü var: qocaya gedən quyruq yeyər, cavana gedən yumruq. Bu deyim qəbul olunmazdır”.

O bildirib ki, qadın da kişidən, kişi də qadından böyük ola bilər:

“Bunların hər ikisinin arasında 5 yaş fərq ola bilər. Daha çox yaş həddi digər problemlərə yol aça bilər. Qadın həyat yoldaşınızdan 10-15 yaş böyük olursa, bu, qadının erkən qocalmasına gətirib çıxarır. Hardasa bir-biri ilə yola gedə bilirlər. Amma kişi qadından daha çox böyük olarsa, qadın xəyanətə daha çox meyilli olur. Çünki cinsi tələbatını müəyyən yaşdan sonra ödəmir və yaxud aşağı yaşda evlənir, böyüyür və hər şeyi dərk edəndə başqasını sevməyə başlayır.

Sovetlər dönəmində 10-12 yaş böyük olan insanlarla kişilər ailə həyatı qurardı. Amma indi kişilər özündən böyük biri ilə evlənəndə həmin paylaşıma gələn rəyləri oxuyanda dəhşətə gəlirəm. Yazırlar ki, qadının pulu var deyə, onunla evlənib, qadının üstünə hücum çəkirlər. Nə var ki o qadın özündən 12 yaş balaca oğlanla ailə qurub. Kişi özündən 12 yaş biri ilə ailə qura bilir, amma qadın 4-5 yaxud 15 yaş balaca biri ilə evlənə bilmir”.

O, deyib ki, bəzi ailələrdə də uşaqları, gəncləri belə böyüdürlər:

“Amma bu doğru deyil. Sevgi yaşa baxmır, bəzən biz özümüzdən 5,8 yaş böyük birini sevə bilərik. Amma mən psixoloq olaraq məsələhət görərəm ki, arada yaş fərqi 5-i keçməsin. Çünki sonra qadın gənc qalır, kişi isə yaşlanır, qadın gəzmək, əylənmək istəyir, kişinin isə buna həvəsi olmur. Amma bu təbii ki, hər bir kəsə aid deyil. Elə şəxslər var ki, çox həvəslidi, özündən kiçik biri ilə ayaqlaşa da bilir. Yenə deyirəm ki, qız böyük olanda ayıb, etik olmayan sözlər yazırlar.

Amma cəmiyyət bunu normal qəbul eləməlidir. Kişi qadından böyük olduğu kimi qadın da kişidən böyük ola bilər”.

Günay Şahmar, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

End of content

No more pages to load

RADİO