Bərdədə avtomobil su kanalına aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Bala Ərəblər kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetməni itirən “VAZ-2106” markalı minik maşını su kanalına düşüb. Nəticədə sürücü Elgün Mustafayev xəsarət alıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Qarabağ bürosu