Məktəb avtobusları fəaliyyətə başlayan kimi NARAZILIQ - 1200 şagirdi əhatə edən xidmətin ÖZƏLLİYİ nədir?

Məktəb avtobusları pilot layihəsinin başlanmasından bir gün keçməmiş artıq narazılıqlar başlandı. Kimisi qiymətindən, kimisə avtobusların xüsusi zolaqlara buraxılmadan hərəkət etməsindən gileyləndi.

Haqlı sual yaranır: tıxacda qalaraq uşaqların gecikməsinə səbəb olan bu avtobusların əhəmiyyəti nədir?

Təhsil eksperti Elşən Qafarov Bizim.Media-ya bildirdi ki, məktəb avtobusları bir biznes layihəsidir. Ona görə də layihənin bu qədər qabardılması doğru deyil:
 

“Bu kiçik layihənin belə təmtəraqla təqdim edilməsi əslində təhsil sahəsində baş verən ciddi problemlərdən cəmiyyətin və medianın diqqətini yayındırmaq məqsədi daşıyır. Zaman-zaman bu kimi şou xarakterli layihələr edilir. Burda qeyri-adi bir şey yoxdur. Eləcə də bu məktəb avtobusu layihəsi də onlardan biridir.


Halbuki neçə məktəbimiz bağlanıb və yüzlərlə şagird yeni məktəbə çəlb olunmayıb. Əslində məktəb avtobusları ilə bağlı fikir bir il öncə ortaya atılmışdı və bunu məhz bağlanan məktəblər üçün edəcəkdilər ki, şagirdləri rahat daşımaq mümkün olsun”.

Ekspert vurğuladı ki, Bakı şəhəri üzrə 1200 şagirdi əhatə edən bu nəqliyyat xidməti kim tərəfindən – dövlət yoxsa özəl şirkətlər tərəfindən həyata keçirildiyi araşdırılmalıdır. Xidməti hansı şirkətlər təşkil edirsə, bununla bağlı açıqlama verilməlidir:
 

“Valideyn indiyədək bir şagirdə təxminən aylıq nəqliyyat xidməti üçün 60-100 manat civarında pul xərcləyirdi. Xüsusən də bir qədər uzaq olan Bakıətrafı kəndlərdən gələn məktəblilər üçün. Amma yeni məktəb avtobuslarında qiymətlərin 200-240 manat hesablanması 2-3 qat baha deməkdir” - deyə o, qeyd etdi.


Bu tip avtobusların zolağa daxil olmamasının səbəbini ekspert məsələnin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə razılaşdırılmaması ilə izah edir. Yəni məktəb avtobusları adi bir minik növü rolunu oynayır, ictimai xidmət olsaydı avtobus zolağına girərdi.

Layihə baş tutmayacaq

Ekspert əmindir ki, bu pilot layihə baş tutmayacaq:

“Çünki valideynlərin artıq illərlə oturuşmuş bir sistemi var. Onların əksəriyyəti öz ovladlarının məktəbə aparıb-gətirilməsi üçün nəqliyyat vasitələri tutublar. İkincisi isə hazırda xidmət üçün təklif olunan qiymət çox bahadır. Bundan başqa bu, biznes mahiyyətli olduğu üçün rəsmi xarakter daşımır”.

Qeyd edək ki, dünyada bir çox ölkələrdə məktəb avtobusları təhsil sisteminin ayrılmaz hissəsi hesab olunur və onların tətbiqi ölkədən-ölkəyə fərqlənir.

ABŞ-də hər gün təxminən 480 min sarı məktəb avtobusu 26 milyon şagirdi məktəbə daşıyır.

Finlandiyada bələdiyyələr 5 kilometrdən uzaqda yaşayan şagirdlər üçün məktəb avtobusları və ya taksi xidməti təşkil edirlər.

Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə məktəb avtobusları əsasən özəl məktəblər tərəfindən təmin edilir.

Honq Konqda kiçik yaşlı şagirdlər “nanny van” adlanan kiçik minik avtobusları ilə məktəbə aparılır. Bu nəqliyyat vasitələri əvvəllər məktəblər tərəfindən təşkil edilirdisə, indi hökumət tərəfindən tənzimlənir və sabit marşrutlarla fəaliyyət göstərir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya və Ukrayna arasında əsir mübadiləsi OLDU

Rusiya və Ukrayna arasında əsir mübadiləsi OLDU

Bürclər üçün oktyabrda ƏN ƏLVERİŞLİ günlər: Bəxtiniz nə vaxt gətirəcək?

Bürclər üçün oktyabrda ƏN ƏLVERİŞLİ günlər: Bəxtiniz nə vaxt gətirəcək?

Əlilliyi olan 1600-dən çox şəxsə səyyar reabilitasiya xidmətləri GÖSTƏRİLDİ - FOTO

Əlilliyi olan 1600-dən çox şəxsə səyyar reabilitasiya xidmətləri GÖSTƏRİLDİ - FOTO

Altı qız boksçumuz MDB Oyunlarının FİNALINDA - FOTO

Altı qız boksçumuz MDB Oyunlarının FİNALINDA - FOTO

Sumqayıtda 16 yaşlı oğlan BIÇAQLANDI - Həmyaşıdı saxlanıldı

Sumqayıtda 16 yaşlı oğlan BIÇAQLANDI - Həmyaşıdı saxlanıldı

"Qarabağ"ın oyununa görə "Gənclik" metrosunda İLİN REKORDU qeydə alındı

"Qarabağ"ın oyununa görə "Gənclik" metrosunda İLİN REKORDU qeydə alındı

Hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ

Hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ

Bakının bir sıra yollarında TIXAC VAR

Bakının bir sıra yollarında TIXAC VAR

Fransa millisinin Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Fransa millisinin Azərbaycanla oyun üçün heyəti AÇIQLANDI

Zelenski humanitar yardıma görə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Zelenski humanitar yardıma görə İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Təhlükəli çaylarla bağlı AQTA araşdırmalara BAŞLADI

Təhlükəli çaylarla bağlı AQTA araşdırmalara BAŞLADI

İlham Əliyevin Kopenhagendə Makronla görüşü oldu - FOTO

İlham Əliyevin Kopenhagendə Makronla görüşü oldu - FOTO

Millimizin üzvü Türkiyə klubuna KEÇƏ BİLƏR

Millimizin üzvü Türkiyə klubuna KEÇƏ BİLƏR

Əfqanıstanda internet qismən bərpa olundu – Sakinlər bayram edirlər

Əfqanıstanda internet qismən bərpa olundu – Sakinlər bayram edirlər

Tehran Universitetində partlayış: Ölən və yaralananlar var

Tehran Universitetində partlayış: Ölən və yaralananlar var

Daha bir avtomobil nəhəngi Çin maşınları ilə rəqabətə DÖZMƏDİ – 7 zavod BAĞLANIR

Daha bir avtomobil nəhəngi Çin maşınları ilə rəqabətə DÖZMƏDİ – 7 zavod BAĞLANIR

İstanbul valisi: 17 nəfər panikaya düşərək yaralanıb, dağıntı yoxdur

İstanbul valisi: 17 nəfər panikaya düşərək yaralanıb, dağıntı yoxdur

Məktəb avtobusları fəaliyyətə başlayan kimi NARAZILIQ - 1200 şagirdi əhatə edən xidmətin ÖZƏLLİYİ nədir?

Məktəb avtobusları fəaliyyətə başlayan kimi NARAZILIQ - 1200 şagirdi əhatə edən xidmətin ÖZƏLLİYİ nədir?

Prezident Niderlandın Baş naziri ilə görüşdü – FOTO

Prezident Niderlandın Baş naziri ilə görüşdü – FOTO

Nihat Kahveci “Qarabağ”ın qələbəsi barədə: “Qardaşlarımıza bravo!” - VİDEO

Nihat Kahveci “Qarabağ”ın qələbəsi barədə: “Qardaşlarımıza bravo!” - VİDEO

İlham Əliyev Zelenski ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

İlham Əliyev Zelenski ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Müəllimlə elmi işçi əlbir olub 100-dən çox şəxsi aldadıb?

Müəllimlə elmi işçi əlbir olub 100-dən çox şəxsi aldadıb?

“Qarabağ”ın qələbəsi Avropa mətbuatının diqqət mərkəzində

“Qarabağ”ın qələbəsi Avropa mətbuatının diqqət mərkəzində

Ötən ay havanın temperaturu iqlim normasından aşağı olub - RƏSMİ

Ötən ay havanın temperaturu iqlim normasından aşağı olub - RƏSMİ

End of content

No more pages to load

RADİO