Kredit borcları bu halda silinə bilər

2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 530,9 milyon manat təşkil edib.

Maraqlıdır, vaxtı keçmiş kreditlər hansı halda silinə bilər?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “metbuat.az”a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bazar iqtisadiyyatı prinsipləri çərçivəsində mövcud maliyyə sistemində vaxtı keçmiş kreditlərin silinməsi məsələsi cəmiyyət tərəfindən düzgün qavranılmır.
 

Onun sözlərinə görə, əslində, özəl sektorun, beynəlxalq maliyyə institutlarının və biznesin cəlb etdiyi vəsaitlərin kredit şəklində verildikdən sonra silinməsi ilə bağlı hər hansı qərarın gözlənilməsi həmin maliyyə institutlarının fəaliyyət səmərəliliyinin azalmasına, defolt riskinin yaranmasına və nəticə etibarilə sistemin əsaslarının zəifləməsinə gətirib çıxara bilər:


“Burada əsas məqam ondan ibarətdir ki, maliyyə institutları – istər kommersiya, istərsə də dövlət bankları kreditləri öz vəsaitlərindən deyil, məhz üçüncü tərəflərdən cəlb etdikləri vəsaitlər hesabına verirlər. Əgər kreditlərin geri qaytarılması ilə bağlı intizam pozularsa və cəmiyyətdə gözlənti yaransa ki, ödənilməyən borclar silinəcək, bu, kütləvi şəkildə öhdəliklərin icra edilməsində intizamsızlığa səbəb ola bilər.

Türk iqtisadçıların fikirlərinə görə, məsuliyyətli şəkildə borcunu ödəyən vətəndaşla müqayisədə öhdəliklərini yerinə yetirməyən şəxsin borcunun silinməsi “məsuliyyətli vətəndaşın aldadılması” kimi qəbul olunur. Bu isə gələcəkdə intizamın daha da pozulmasına yol aça bilər”.

R.Həsənov hazırkı şərtlər daxilində bir neçə səbəbdən kredit borclarının silinə biləcəyini söyləyib:

“Bank özü təşəbbüs göstərərək, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müəyyən sosial qruplara münasibətdə borcun silinməsi ilə bağlı qərar qəbul edə bilər. Məsələn, 2020-ci il müharibəsindən sonra şəhid ailələrinin və ya sağlamlığını itirmiş qazilərin borclarının silinməsi buna nümunədir. Bu, bankın özünün maliyyə təhlil edərək hansı səviyyədə güzəştlər verilməsi imkanları daxilində könüllü olaraq borcun silinməsi prosesidir. Bu kateqoriyalar, məsələn, valideynlərini itirmiş şəxslər və ya az gəlirli sosial qruplar üçün də genişləndirilə bilər.

Digər halda dövlətin qəbul etdiyi qərarlar nəticəsində kredit qaytarma qabiliyyətini itirmiş şəxslərə münasibətdə dəymiş zərərin aradan qaldırılması məqsədilə borclar silinə bilər. Məsələn, 2015-ci ildən sonra yaranmış devalvasiya nəticəsində valyuta kreditləri kəskin artdı.

Bu problemlər əsasən kredit götürənlərin şəxsi fəaliyyətindən asılı olmayan çətinliklər yarandı. Bu halda güzəştli silinmə və öhdəlikdən azadolma mexanizmləri işə salındı.

Qanunvericilik də bu istiqamətdə müəyyən əsaslar təqdim edir. Belə ki, dövlət qurumlarının və yerli icra strukturlarının qəbul etdiyi qərarlar nəticəsində vətəndaşlara və sahibkarlara zərər dəydikdə, bu ziyanın kompensasiya olunması nəzərdə tutulur. Məhz bu prinsipə uyğun olaraq 2019-cu ildə müəyyən borcların silinməsi həyata keçirildi və bu proses dövlət büdcəsi hesabına maliyyələşdirildi”.

İqtisadçı qeyd edib ki, ümidsiz borcların silinməsi də mümkündür:

“Əgər kreditin girovu, zəmanətçisi və ya varisi yoxdursa, həmçinin borc sığortalanmayıbsa, müəyyən müddətdən sonra bu borc “ümidsiz aktiv” kimi qəbul edilir və bank tərəfindən silinir. Çünki bu cür borcların aktivlərdə saxlanması bank üçün heç bir iqtisadi fayda daşımır.

Ümumilikdə isə qeyd etmək lazımdır ki, sadalanan hallar istisna olmaqla, kreditlərin kütləvi şəkildə silinməsi maliyyə sistemini ciddi şəkildə sarsıda bilər.

Maliyyə sistemi isə iqtisadiyyatın əsas kapitallaşdırıcı sütunudur. Bu sahədə intizamın pozulması kredit əlçatanlığını zəiflədə, məcmu tələbin formalaşmasına və nəticə etibarilə iqtisadi artımın, məşğulluğun geriləməsinə gətirib çıxara bilər. Eyni zamanda, borcunu ödəməyən şəxslərin öhdəliklərinin dövlət büdcəsi hesabına, yəni digər vergi ödəyicilərinin pulu ilə qarşılanması mövcud qanunvericiliyə ziddir. Azərbaycanda heç bir səlahiyyətli qurumun belə bir qərar qəbul etmək hüququ yoxdur”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

End of content

No more pages to load

RADİO