Sneklər, fastfud, kola və cipslər 50 yaşadək insanlarda xərçəngin inkişafına səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu nəticəyə britaniyalı tədqiqatçılar gəliblər.
Təcrübə 46 min kişi arasında aparılıb və onlara təxminən 25 il ərzində nəzarət olunub. Hazır yeməklər yeyən, boyalı qazlı içkilər içən və çips yeyən qrupda bağırsaq xərçəngi riski düzgün qidalanan insanlarla müqayisədə 29% daha yüksək olub.
Tədqiqat beynəlxalq tibbi jurnal British Medical Journal tərəfindən dərc edilib.
Eksperimentlər göstərib ki, emulqatorlar, qida əlavələri və süni şirinləşdiricilər bağırsaq iltihabına, şişlərin böyüməsinə və hətta gənc insanlarda belə onkologiyanın inkişafına səbəb olur.
Bizim.Media