ADY sədri: “Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq” - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən “New Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində “Avrasiya məkanında dəmiryol infrastrukturunun inkişafı” adlı panel müzakirələrində iştirak edib.

Bizim.Media xəbər verir ki, müzakirələrdə Orta Dəhliz, liman və dəmir yollarının inteqrasiyası, texnoloji modernləşdirmə və tranzit imkanlarının artırılması kimi mövzular müzakirə olunub.

ADY sədri bildirib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır. BTQ və Zəngəzur dəhlizi birlikdə regionun tranzit imkanlarını artıraraq ticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.

ADY-nin cari yükdaşıma göstəricilərinə toxunan sədr bu ilin 9 ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatarın, o cümlədən 113 tranzit qatarın qəbul edildiyini vurğulayıb və bu rəqəmin ötən ilin eyni dövrünün göstəricisini (213 qatar) əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib.

Bu ilin fevralında Bakı Limanının ADY-yə birləşdirilməsi ilə regional yükdaşımalar üçün perspektivlərin daha da genişləndiyini diqqətə çatdırıb və bu inteqrasiyanın tranzit müddətini və əlavə logistik xərcləri azaltdığını, yükdaşımaların sürət və rəqabətqabiliyyətini artırdığını bildirib.

Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri Rövşən Rüstəmov, Talqat Aldıbergenov və Laşa Abaşidze *Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca darboğazların aradan qaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.*
 

Sənədə əsasən, darboğazların aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərinin yenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcə də Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanın gücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davam etdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritet istiqamətlər kimi müəyyən edilib.


Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində, həmçinin 28-ci Qazaxıstan Beynəlxalq “Nəqliyyat və Logistika” Sərgisi keçirilir. Sərgidə Qazaxıstan, Azərbaycan, Türkiyə, BƏƏ, Almaniya, Çin, Latviya, Estoniya, Hindistan, Rusiya və Belarusdan olan şirkətlər iştirak edir. ADY sərgidə ayrıca stendlə təmsil olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

End of content

No more pages to load

RADİO