Gömrük Komitəsindən həmin iddialara CAVAB

Dövlət Gömrük Komitəsi İran vətəndaşının Azərbaycandan Gürcüstana 200 kiloqram heroin keçirməsi ilə bağlı yayılan iddialara cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə Komitənin Mətbuat xidməti məlumat yaylb.

Bildirilib ki, açıqlamada 29 və 30 sentyabr tarixlərində həyata keçirilən yayımlarda Dövlət Gömrük Komitəsinin və onun rəhbərliyində təmsil olunan şəxslərin, o cümlədən ayrı-ayrı struktur bölmələrinin rəhbərlərinin ünvanına hər hansı fakta söykənməyən, yalan və böhtan xarakterli iddialara əsaslanan məlumatların yayımlandığı bildirilib.
 

“Yayımlanan məlumatlarda gömrük orqanlarının qaçaqmalçılıq hallarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı fəaliyyətinə “Səriştəsizliq, etinasızlıq, yoxsa göz yummaq?!” ifadələrindən istifadə etməklə kölgə salmağa çalışılır. Eyni zamanda, əməliyyat-istintaq tədbirlərinin xüsusiyyətini bilmədən yarımçıq fikirlərlə gömrük orqanları tərəfindən aşkar edilən qanun pozuntuları, hüquqpozma faktları təhrif olunaraq öz istəklərinə uyğun formada ictimaiyyətə təqdim edilir və beləliklə, DGK-nın bu istiqamətdə fəaliyyəti ilə bağlı yanlış fikir formalaşdırmağa cəhd göstərilir.



Dövlət Gömrük Komitəsi ölkənin iqtisadi təhlükəsizliyinin, insanların sağlamlığının qorunması, qaçaqmalçılığa qarşı mübarizə istiqamətində bütün zəruri addımları atır və bu barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır. Azərbaycan gömrük xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə fəaliyyəti beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilib.
 

Təkcə 2025-ci ilin cari dövrü ərzində gömrük orqanları tərəfindən 26,7 mindən çox hüquqpozma faktı (400-dən çoxu cinayət xarakterli olmaqla) aşkarlanıb. 72 fakt üzrə bir tondan artıq müxtəlif tərkibli narkotik vasitə qanunsuz dövriyyədən götürülüb, gizli keçirilməsinə cəhd göstərilən külli miqdarda dərman vasitələri, aksizli mallar (spirtli içkilər və tütün məmulatları), valyuta və valyuta sərvətləri və digər mallar qanunsuz dövriyyədən götürülüb, bu hüquqpozmaları törədənlər, eləcə də korrupsiya, vəzifə cinayətləri və digər hüquqpozmalara yol vermiş şəxslər müvafiq məsuliyyətə cəlb edilib”, - məlumatda vurğulanıb.



Dövlət Gömrük Komitəsi bildirib ki, qarşı tərəfin mövqeyi öyrənilmədən, tamamilə yalan və böhtan xarakteri daşıyan həmin məlumatları dərc edən media qurumları mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət daşıyır: “Media haqqında” Qanunun 14.1.7 maddəsinə görə, mediada yayımlanan məlumatlarda şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, eyni zamanda həmin qanunun 14.1.9 maddəsinə görə isə mediada böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir.

Həmin qanunun 14.1.11 maddəsinə görə faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. Həmçinin qanunun 14.1.11-1 maddəsində saxta məlumatların dərc edilməsinin yolverilməz olduğu öz əksini tapıb.

Yayılan məlumatlar dövlət qurumunun və onun vəzifəli şəxslərinin fəaliyyətinə kölgə salmaq, qaralamaq xarakteri daşıyır və Dövlət Gömrük Komitəsi hüquqi müstəvidə bu hallara qarşı bütün zəruri addımları atacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

End of content

No more pages to load

RADİO