Bakıda qıza görə dava qanla bitdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
 

Rayonun evlərindən birində kirayə yaşayan Teymur Xudatov həmin küçədə bir xanımla sevgili olub. Bir müddət sonra Teymur işi ilə əlaqədar müvəqqəti olaraq başqa əraziyə köçüb və 6 ay həmin evdə yaşamayıb. 


O, 6 aydan sonra kirayə qaldığı evə qayıdarkən yolda sevgilisi ilə görüşüb. Sevgilisi ona bildirib ki, onunla eyni həyətdə kirayə yaşayan Həsən adlı şəxs onu narahat edir. Teymur yaşadığı həyətə gəlib və orada kirayə yaşayan Həsənə bildirib ki, həmin xanım onun sevgilisidir, onunla işi olmasın. Həsən isə bildirib ki, o, həmin xanımı tanımır və onunla heç bir münasibəti yoxdur.

Hadisədən 3 gün sonra Teymur gecə saat 4 radələrində kirayə qaldığı evin həyətinə çıxaraq Həsəni çağırıb.

Həsən həyətə çıxanda, Teymur ondan evin sahibini soruşub. Həsən isə ev sahibini görmədiyini bildirib. 

Teymur Həsəndən siqaret istəyib. Həsən ona siqaret vermək üçün otağa daxil olanda, Teymur da onun arxasınca otağa keçib. Həsən ona siqaret vermək istəyərkən, Teymur əlindəki alışqanı bilərəkdən yerə atıb. 
 

Həsən alışqanın təsadüfən düşdüyünü zəng edərək əyilib yerdən həmin götürmək istəyib. Elə bu vaxt Teymur əlindəki bıçaqla Həsənin əvvəlcə kürəyinə, daha sonra isə qarın nahiyəsinə 4 zərbə endirib. 


Həsən təpiklə Teymuru vurub əlindəki bıçağı yerə salıb, dərhal otaqdan çıxaraq qapını bağlayıb. Teymur isə otaqda bağlı qapı arxasında qalıb.

Həsən hadisə barədə ev sahibinə məlumat verib və Teymuru bağlı qapı arxasında saxladığını deyib.

Ev sahibi hadisə yerinə gələrək qapını açanda Teymur evdən çıxıb qaçıb. Həsən xəstəxanaya yerləşdirilib, hadisə barədə polisə məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Teymur Xudatov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Xudatov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

End of content

No more pages to load

RADİO