“Xəz paltolu Madonna”ları kim hədəfə aldı? – Dəbli kürklərin tarixi çöküşü...

Bir vaxtlar xəzdən hazırlanmış üst geyimləri zənginliyin və sosial statusun rəmzi idi. Xüsusən də tanınmış aktrisaların, müğənnilərin əynində bu bahalı xəzləri görən qadınlar  həsəd aparar, nə vaxtsa geyinə biləcəyi xəyalı ilə yaşayardı. Gəlin xonçasında “şuba” qoyulmasaydı bu, gəlinə hörmətsizlik, dəyərsizlik sayılardı. Günümüzdə isə xəz geyimləri artıq müasir cəmiyyətin dəyərləri ilə uzlaşmır.

Moda yalnız gözəlliyə deyil, həm də ekoloji məsuliyyətə əsaslanmağa başlayıb. Ona görə də əvvəllər qarşısında növbə düzülən, içərisində iynə atsan yerə düşməyən mağazalar indi alıcısız, boş qalıb.

Maraq üçün bildirək ki, xəz kürklərin dəb dünyasına daxil olması XVI əsrdən başladı. Bu dövrdə xəz kürkü ancaq kişilər geyinirdi. Lakin XIX əsrdən etibarən xəz qadınların qarderobuna daxil olaraq sosial status göstəricisi olmağa başladı.

Xəz kürklər niyə gözdən düşdü?

Əvvəllər necə istehsal olunduğu gizlədilən xəzlər sonradan anlaşıldı ki, təkcə pulu bahasına deyil, canı bahasına başa gəlirmiş. Xəz daha parlaq və uzunmüddətli qalsın deyə heyvanlar diri-diri soyulurmuş... Sosial platformaların sürətlə yayılması insanları maarifləndirdi. Nəticədə mərhəmət gözəlliyi üstələdi. Xəzə sadiq qalanları isə aktivistlər dinc qoymadı. Xüsusi təşkilatlar xəz sənayesinə qarşı kampaniyalar aparmağa başladı.

Devizlər paylaşıldı, dünənə qədər xəz geyimləri məşhur simalar reklam edirdilərsə, artıq onlar da etirazçılara qoşuldular.

Bəzi cəmiyyətlərdə küçədə xəz geyinənlərin üstünə boya, palçıq ataraq onları qısnayırdılar. Hökumət səviyyəsində isə xəz satışını tamamilə qadağan edən ilk ölkə İsraildir. Bundan başqa, Böyük Britaniyadakı xəz fermaları həddən artıq təzyiq qarşısında bağlanmaq məcburiyyətində qaldı. Avstriyada da doqquz federal hakimiyyətdən altısı xəzin istehsalını qadağan edib. Bu ölkələrin heç birinin efirində xəz reklam edilmir, əksinə pislənir.
 

Qeyd edək ki, bir çox məşhur brend (Gucci, Prada, Versace, Chanel və s.) artıq orijinal xəz istifadə etmir. Moda dizaynerləri alternativ materiallara – süni xəz, texnoloji parçaya üstünlük verirlər. Hazırda süni xəzlər həm vizual, həm də toxunuş baxımından orijinala çox yaxınlaşıb.


Üstəlik daha ucuzdur, heyvan öldürülmür və eyni estetik effekti verir. Baxımı və saxlanması daha asandır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Plastik cərrahlar bu klinikada ÇALIŞACAQ – RƏSMİ

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Böyrəkdə daşların yaranma səbəbləri açıqlandı

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əli Əhmədovun ailəsində AĞIR İTKİ

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Əsəd rejimi üçün yeraltı tunel sistemini quran mühəndis İranda öldürüldü

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Ərbil şəhərində güclü partlayışlar oldu - VİDEO

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Magistraturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Aprelin 14-dək...

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Bodrumda qayıq batdı - Xeyli sayda ölən var - VİDEO

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Aprel ayına olan hava proqnozu AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Bayram günlərində təcili yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Borc verərkən bu məqamlara diqqət edin – Ali Məhkəmədən TÖVSİYƏ

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Sumqayıtda qardaş bacısını BIÇAQLADI

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi - FOTO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

İran “Amazon”un hostinq tərəfdaşının binasına da ZƏRBƏ ENDİRDİ – VİDEO

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Qripə bənzəsə də, daha TƏHLÜKƏLİDİR – Azərbaycanda da yayıla BİLƏRMİ?

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Messinin qol vurduğu milli komandaların sayı 40-a çatdı - VİDEO

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Onlar da müəllim işləyə biləcək - SİYAHI

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bakıxanovun doğulduğu evin bir hissəsi uçdu - VİDEO

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

End of content

No more pages to load

RADİO