Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci və Musiqi Kollecinə rəhbər təyinatları olub.
Bizim.Media xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, K. Nəsirov son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
G. Qasımova isə Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərib. (Qafqazinfo.az)
Bizim.Media