Beş il öncə bu gün – 1 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ -ADLAR

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 2020-ci il 1 oktyabr şəhidlərini təqdim edir. 

Mustafa Qasımov


1995-ci il oktyabrın 2-də Tovuz rayonunun Qaralar kəndində anadan olub. 2002-2013-cü illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alıb.

Mustafa Qasımov 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət keçib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mustafa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mustafa Qasımov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Qaralar kəndində dəfn olunub. “Vətən Müharibəsi İştirakçısı”, “Kəlbəcər uğrunda döyüşlərə görə” medalı ilə təltif edilib.

Ələkbər Ələsgərov


3 sentyabr 1998-ci ildə Bakı şəhərində “Kubinka”da anadan olub. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirib. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olub. Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon N saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkib.

Ələkbər Ələsgərov general Polad Həşimovun ölümündən sonra könüllü orduya yazılıb. Ələkbər Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. Ələkbər Ələsgərov 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanləğında dəfn edilib. Polkovnik-leytenant Zaur Cəfərov Ələkbərin xatirəsinə onun ad soyadını tankın üzərinə yazıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Seymur Həbibov


13 fevral 1986-cı ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. 1992-ci ildə Kür qəsəbə orta məktəbində birinci sinifə başlayıb. 2003-cü ildə həmin məktəbi bitirib və həqiqi hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra müxtəlif sənət sahələrində çalışıb.

2020-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət üçün müraciət edib və xidmətinə başlayıb.

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlanan zaman 1 oktyabr tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olub. “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalı ilə təltif olunub.     

Seymur Həbibov Şəmkir şəhər qəbirstanlığında dəfn edilib.

Elcan Muradov


3 iyul 2001-ci ildə Gəncə şəhərində doğulub. 2017-ci ildə 19 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib.

2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

1 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi bir müddət neytral zonada qaldıqdan sonra götürülüb.

9 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Muradov Elcan Eldəniz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, medalları ilə təltif edilib.

Rəcəb Qulamov


31 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Rəcəb Qulamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət həqiqi hərbi xidmət edib. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qulamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Rəcəb Qulamov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi onun itkin olduğunu bildirərək intensiv axtarışlara başlayıb. Nəticədə, Rəcəb Qulamovun nəşi 19 fevral 2021-ci ildə tapılaraq Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qulamov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Həsənağa Şirvani


23 aprel 2002-ci ildə Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. 2008-2019-cu illərdə şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Həsənağa Şirvani Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində - Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşlərində şəhid olub.

O, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ruslan İdrisov


6 iyun 2002-ci ildə Ukraynanın Odessa şəhərində anadan olub.  Ailəsi ilə birgə Qəbələ rayonunun Nic qəsəbəsində məskunlaşıb. 2009-2020-ci illərdə Qəbələ şəhər 3 tam orta məktəbdə təhsil alıb.

Ruslan İdrisov 2020-ci ilin iyulun 11-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Ruslan İdrisov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ruslan İdrisov 1 oktyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin odlu silahla və digər silah növlərindən atdığı mərminin partlayışı nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan İdrisov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ramal Məmmədov


1 yanvar  2000-ci ildə Gəncə şəhərində doğulub.

2016-cı ildə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib.

1 oktyabr 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

Ailənin tək övladı olan Ramal Məmmədov Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşmaq istəyini dilə gətirib, hərbi hissənin komandir və zabit heyətinin təkidinə baxmayaraq,  aktiv döyüş bölgəsinə getmək fikrindən dönməyib. Ramal Məmmədov könüllü olaraq Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib.

1 oktyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşdə şəhid olub.

2 oktyabr 2020-ci ildə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb, daha sonra yaxınlarının istəyinə uyğun olaraq şəhidin məzarı Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülüb.

Məmmədov Ramal Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və“Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

Behbud Behbudlu


9 sentyabr 2001-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. G. Qarayev adına Bərdə rayon Mustafaağalı kənd tam orta məktəbində təhsil alıb.

Behbud Behbudlu 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmət müddətində bir neçə fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olan Behbud Behbudlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Behbud Behbudlu 1 oktyabr 2020-ci ildə Murovdağ döyüşləri gedişatında Göygöl rayonunun Toğanalı kəndində "Canavar sol" döyüş mövqeyi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Behbud Behbudlu ölümündən sonra "Vətən uğrunda" “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Kamil Kərimov


2 iyul 1995-ci il tarixdə Qazax rayonunun Ürkməzli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Kamil Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə 1 oktyabr tarixində qəhrəmancasına şəhid olub.

Ölümündən sonra şəhid Kərimov Kamil “Kəlbəcərin azadlığı uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Tərlan Kərimov


8 avqust 1992-ci il tarixdə Şabran rayonunda anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Kərimov oktyabrın 1-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tərlan Kərimov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Ağamirzə Gülməliyev


2 aprel 2002-ci ildə Qaradağ rayonunda dünyaya gəlib. 2020-ci il, iyulun 6-da hərbi xidmətə çağırılıb. Goranboy rayonu istiqamətində döyüşüb.

1 oktyabr 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Gülmaliyev Ağamirzə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Oruc Vəliyev


1994-cü il iyulun 13-də Gəncə şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Oruc Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Oruc Vəliyev oktyabrın  1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 18.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Oruc Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Asif Ataşov


10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib.

2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Asif Ataşov Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 1 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Xırdalan şəhər Şəhidlər məzarlığında dəfn edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Ataşov Asif Kərim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, Ağdamın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cavid Cəfərov


1 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-2009-cu illərdə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-2013-cü illərdə Sumqayıt Dövlət Texniki Kollecində təhsilini davam etdirib, 2013-cü ildə kolleci "nəqliyyatda daşımaların və idarə etmənin təşkili” ixtisası üzrə bitirib.

2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanan Cavid Cəfərov 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Həmin ilin 13 oktyabr tarixindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi "N" saylı hərbi hissədə xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Cavid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Cavid Cəfərov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində yaralı komandirini xilas edərkən şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Cəfərov ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə, “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Ələddin Xəlilov


29 iyun 2001-ci ildə Qobustan qəsəbəsində dünyaya gəlib. 24 iyul 2019-cu ildə hərbi xidmətə çağırılıb. Goranboy rayonu Tapqaraqoyunlu kəndi istiqamətində döyüşüb.

01 oktyabr 2020-ci ildə Tapqaraqoyunlu, Kəhrilər istiqamətində düşmən tərəfindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Ələddin Xəlilov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Səfa Qaraxanov


22.02.1994-cü ildə Salyan rayonu Xələc kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Səfa Qaraxanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 1 noyabr 2020-ci ildə Füzuli döyüşlərində qəhramancasına şəhid olub. Salyan rayon  Xələc  kənd  qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Səfa Qaraxanov ölümündən sonra "Vətən uğrunda",

"Cəbrayılın azad olunmasına görə", “İgidliyə görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  tətif edilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

Vaqif Cavadova vəzifə verildi

Vaqif Cavadova vəzifə verildi

Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Salyanda yol kənarında meyit tapıldı

Salyanda yol kənarında meyit tapıldı

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

End of content

No more pages to load

RADİO