“Mənə düşmən olanla niyə danışığa gedim?!” - Çıxışına limitsiz vaxt ayrıldı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri İlqar Mustafayev 12 milyonluq yeyinti ittihamından danışıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, İ.Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinə “Kürdəxanı həbsxanası”nda yazdığı hazır çıxışla gəlib. Hakim Leyla Əsgərova Məmmədova ona sərbəst ifadə vermək üçün limitsiz vaxt ayırıb. 

Keçmiş bulvar rəhbəri özünə qarşı ittihamların heç birini qəbul etməyib.

O, sərbəst ifadəsində məhkəmə heyətinə müxtəlif epizodlarla bağlı izahat verib:

Hesablama Palatasından iradlar


“Palata öz aktında yazır ki, Bakı Bulvar İdarəsi “Azərsu” ASC-dən suvarma və istifadə üçün su almaq əvəzinə dəniz suyunu duzsuzlaşdıraraq istifadə edə bilərdi. Bununla da 800 min manat qənaət etmiş olardıq. Axı bu, absurddur”.

Attraksion və obyektlərdən yığılan pullar

“İstintaq belə qənaətə gəlib ki, kassirlər attraksion və obyektlərdən yığılan pulları konkret işçilərə veriblər və həmin pullar da mənimsənilib. Amma bu epizod üzrə mənim əleyhimə ifadə verən şahid yoxdur. Hansı günahıma görə mənimlə belə davranırlar?”


Dondurma köşklərinin sahibi İlqar İsmayılova nə qədər pul verib?

“Başqa bir epizodda yazılıb ki, “Maraşpark” dondurma köşklərinin sahibi İsrafil Bascıl Bulvar idarəsinə 4 ildə 736 min 500 manat pul ödəyib. Müstəntiq də onun əl yazısı ilə yazılmış sənədi sübut kimi götürüb. 4 il ərzində təkcə icarə haqqı olaraq 736 500 manat verən bir sahibkarın bu müddət ərzində gəliri 3-4 milyon manat, dövriyyəsi ilə 10 milyon manata yaxın olmalıdır. Bunu ki, müəyyən etmək çətin deyil”.

Popkorn köşkləri ilə bağlı 300 minlik mənimsəmə

“Bu epizod üzrə 380 min 313 manat mənimsəmədə ittiham olunuram. Sübut kimi isə sahibkar Tohid Abbasovun ifadəsi əsas götürülüb. Tohid deyib ki, guya mən 2016-cı ildə rəis gələn kimi onu bulvardan kənarlaşdırmışam. 6 ay sonra isə mənimlə görüşüb. Guya ona demişəm ki, “sən get VÖEN-lə işlə, mən sənə maaş verəcəyəm, əvəzində də bütün gəlirləri səndən alacağam”.

Əgər belə niyyətim varsa, nə üçün tanımadığım, hətta bulvardan qovduğum üçün mənə düşmən olan biri ilə belə danışığa gedim?! Hə, bir də Tohid Abbasov və digərləri sahibkar kimi gəlir götürməsəydilər, köşklərin sayını hər il artırmazdılar”.


Gül və kol bitkiləri ilə bağlı ittiham 

“Bu epizodda yazılıb ki, mən Bulvar İdarəsinin istixanası ola-ola “Girasol” MMC-dən 175 672 manat dəyərində gül almaq adı ilə pulları mənimsəmişəm. Bu da çox absurd ittihamdır. Əvvəla, Bulvar İdarəsində istixananı 2020-ci ildə mən yaratmışam ki, kənardan gül alışını nisbətən azaldaq. Gül alışından pul mənimsəmək istəsəydim, niyə istixana yaradırdım?!”

İlqar Mustafayev mənimsəmə epizodlarından əlavə, vergidən yayınma ittihamını da qəbul etməyib. 

Məhkəmə oktyabrın 20-si qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, İlqar Mustafayev köməkçisi Rəşad Bədəlov və “Girasol” MMC-nin direktoru Fuad Babayevlə birlikdə mühakimə olunur. Sonuncu ikisi azadlıqdadır. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. Verilmiş ittihamlar sübuta yetirilsə, müttəhimləri 10 ildən çox həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu məktəbdə tədris DAYANDIRILDI

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

Vaqif Cavadova vəzifə verildi

Vaqif Cavadova vəzifə verildi

Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Salyanda yol kənarında meyit tapıldı

Salyanda yol kənarında meyit tapıldı

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

End of content

No more pages to load

RADİO