Azərbaycanın şirin su ehtiyatları təxminən üç dəfə azalıb – RƏSMİ

“Azərbaycan ötən il “Qida resurslarından səmərəli istifadə üzrə Milli Strategiya”nı qəbul edib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.

"Bu sənəd növbəti 16 il üçün ölkənin idarəetmə və infrastrukturunu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmağı, innovasiyaların miqyaslandırılmasını və su ehtiyatlarının davamlı istifadəsini təmin etməyi nəzərdə tutur. 1980-ci ildən bəri Azərbaycanın şirin su ehtiyatları təxminən üç dəfə azalıb. Bu, proqnoz deyil, real faktlardır. Bununla yanaşı, hələ də şəbəkədə səmərəsizliklər qalmaqdadır. Əhalinin yalnız təxminən üçdə biri müasir tullantı suları təmizləmə xidmətlərinə çıxış imkanına malikdir. Bu çağırışlar görməməzlikdən gələ bilməz”, – deyə Zaur Mikayılov vurğulayıb.

Sədrin sözlərinə görə, yeni strategiya bu problemlərə hərtərəfli cavab verir:

"Buraya real vaxt rejimində monitorinq, şəffaflığı və hesabatlılığı təmin edən müasir su-informasiya sisteminin qurulması, şəhərlərdə tullantı sularının azaldılması, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması və təmizlənmiş tullantı sularının istifadəsinin genişləndirilməsi daxildir. 2030-cu ilə qədər biz kənd təsərrüfatı su tələbatının 95 faizini daha səmərəli yollarla ödəməyi, əhalinin 90 faizini təhlükəsiz içməli su ilə təmin etməyi planlaşdırırıq. 2040-cı ilə qədər isə tam əhatə təmin olunacaq ki, hər bir insan, kənd təsərrüfatı və sənaye ekoloji risklər olmadan inkişaf edə bilsin”.
 

Zaur Mikayılov onu da əlavə edib ki, yaxın illərdə Azərbaycanda yeni su anbarlarının yaradılması, duzsuzlaşdırma layihələrinin sınaqdan keçirilməsi və sağlam çay-ekosistemlərinin qorunması istiqamətində genişmiqyaslı proqramlar icra olunacaq.


“Su siyasəti iqlim siyasətidir. Biz bu prosesdə texnologiya, maliyyə və institusional əməkdaşlığa açığıq. Regional əməkdaşlıq çərçivəsində təhlükəsiz su idarəetməsi modeli quraraq iqtisadiyyatın inkişafına, təmiz çaylara və səmərəli suvarmaya nail ola bilərik”, – deyə Zaur Mikayılov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

Vaqif Cavadova vəzifə verildi

Vaqif Cavadova vəzifə verildi

Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Salyanda yol kənarında meyit tapıldı

Salyanda yol kənarında meyit tapıldı

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Krımda təyyarə qəzasında ölənlərin sayı 30-a çatdı

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Daha iki İspaniya klubu Duranı transfer etmək İSTƏYİR

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Tamaşaçılar Rasim Balayevi necə xatırlayacaq? – VİDEOSORĞU

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Amerikalı jurnalist Bağdadda silahlı şəxslər tərəfindən qaçırıldı - VİDEO

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Bu qatarlar Ucar və Ləki stansiyalarında da dayanacaq

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

Kadırov qəzaya düşən oğlunu varislikdən uzaqlaşdırdı

End of content

No more pages to load

RADİO