Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə BAŞLADI - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Mərkəz şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə başlayıb. DİM-də ayda bir dəfə rəhbərliyin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələrin təşkil edilməsi nəzərdə tutulur.

Mərkəzdən Bizim.Media-ya bildirilib ki, ilk görüş sentyabrın 30-da təşkil olunub. Görüşdə iştirak etmək üçün qeydiyyat elektron formada DİM-in saytı vasitəsilə aparılıb.

Budəfəki müzakirə “Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları”na həsr olunub.

Görüşdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, müvafiq struktur bölmələrin rəhbərləri, şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, eləcə də təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Tədbirdə çıxış edən Məleykə Abbaszadə belə görüşlərin ictimaiyyət üçün qəbul kampaniyasının gedişi, onun ayrı-ayrı istiqamətləri, mərhələləri barədə dolğun, dəqiq və etibarlı informasiyanın çatıdırılmasında, eyni zamanda, prosesin digər iştirakçılarının fikirlərinin öyrənilib təhlil olunmasında xüsusi rol oynayacağına əminliyini ifadə edib.


Görüş interaktiv formada keçirilib və iştirakçıların sualları əsasında qəbul qaydaları, imtahan modeli, proqrama daxil olunan mövzular, imtahanda istifadə olunan tapşırıqlar və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

Daha sonra şagirdlərə və abituriyentlərə Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanı yaradılıb.

Qeyd edək ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir.

Bu testlərdən şəxsə uyğun olan peşəni (peşələri) müəyyənləşdirmək üçün istifadə olunur. Siniflər üzrə testlər isə dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması məqsədi daşıyır. Tədbirin əvvəlində iştirakçılar DİM-in nəşr etdiyi jurnal və qiymətləndirmə kitabları ilə də tanış olublar.

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] ünvanına göndərə bilərlər.
Növbəti görüşün oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur. Mövzu və qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti: “Qızıma demişəm ki, qayınanana öz anan kimi qayğı göstərməlisən” - VİDEO

Xalq artisti: “Qızıma demişəm ki, qayınanana öz anan kimi qayğı göstərməlisən” - VİDEO

Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT

Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

2 ildən sonra sevgili olduqlarını elan etdilər - FOTO

2 ildən sonra sevgili olduqlarını elan etdilər - FOTO

“İmişli” və “Şamaxı”da CİDDİ İTKİLƏR

“İmişli” və “Şamaxı”da CİDDİ İTKİLƏR

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Elnur ölümdən döndü - VİDEO

Elnur ölümdən döndü - VİDEO

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Zamiqin Antalyadan FOTOları yayıldı

Zamiqin Antalyadan FOTOları yayıldı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

AFFA "Kəpəz"i cərimələdi

AFFA "Kəpəz"i cərimələdi

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

End of content

No more pages to load

RADİO