Nəzrin Mansurlunun ölümü ilə bağlı plastik cərrahın MƏHKƏMƏSİ KEÇİRİLDİ

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş cərrah Sənan Mehdiyevin məhkəmə prosesi keçirilib.

Bizim.Media teleqraf.az-a istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrlik etdiyi prosesdə ekspert Məhəmməd Əmrahov ifadə verib.
 

Ekspert əməliyyat diskini izlədiyini bildirib. Onun sözlərinə görə, 07.01.2025 və 10.01.2025-ci il tarixlərində çəkilmiş baş-beyin KT müayinəsində görüntülərdə burun nahiyəsində, alın və xəlbir sümüklərində postop (əməliyyatdan sonrakı - red.) sümük defektləri və sınıq xətti izlənilib.


Alında sağ tərəfdə qopmuş sümük fraqmentləri aşkar olunub.

Daha sonra zərərçəkmiş şəxsin vəkili Tural Musayev ekspertə verdiyi rəydə yazılanların özünə məxsus olub-olmadığını və onları təsdiq edib-etmədiyini soruşub.

Məhəmməd Əmrahov yazılanların ona məxsus olduğunu və rəyi tam təsdiq etdiyini bildirib. Təqsirləndirilən Sənan Mehdiyev ekspertdən xəstəni meningit edə biləcək hər hansı sınıq aşkar edib-etmədiyini soruşub.

Məhəmməd Əmrahov burun əməliyyatlarının hər birinin fərqli olduğunu qeyd edib:

"Mən deyə bilmərəm ki, bu, hansı sümük zədələnməsidir. Xəstənin kəllə boşluğunda sınıq yox idi".

Sənan Mehdiyevin vəkili ekspertdən neçə vaxtdır bu sahədə işlədiyini soruşub. Məhəmməd Əmrahov 20 ildən çox ancaq KT üzrə sənədlərə baxaraq rəy bildirdiyini deyib:

"Mən KT-dən başqa, heç nəyə cavabdeh deyiləm".

Növbəti məhkəmə prosesi oktyabrın 3-nə təyin olunub.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada həkim Sənan Mehdiyevin əməliyyat zamanı burun, alın, xəlbir sümüklərini sındırması nəticəsində aldığı xəsarətlərdən ölüb.
 

Qeyd edək ki, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Nəzrin Aydın qızı Mansurlunun yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Mərcan Medicare" adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti: “Qızıma demişəm ki, qayınanana öz anan kimi qayğı göstərməlisən” - VİDEO

Xalq artisti: “Qızıma demişəm ki, qayınanana öz anan kimi qayğı göstərməlisən” - VİDEO

Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT

Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

2 ildən sonra sevgili olduqlarını elan etdilər - FOTO

2 ildən sonra sevgili olduqlarını elan etdilər - FOTO

“İmişli” və “Şamaxı”da CİDDİ İTKİLƏR

“İmişli” və “Şamaxı”da CİDDİ İTKİLƏR

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Elnur ölümdən döndü - VİDEO

Elnur ölümdən döndü - VİDEO

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Zamiqin Antalyadan FOTOları yayıldı

Zamiqin Antalyadan FOTOları yayıldı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

AFFA "Kəpəz"i cərimələdi

AFFA "Kəpəz"i cərimələdi

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

End of content

No more pages to load

RADİO