Azərbaycan Bəhreyninin Manama şəhərində səfirlik təsis edəcək.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Bəhreyn Fars körfəzində yerləşən ada dövlətdir, Asiya qitəsində Sinqapur və Maldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir.
Günay Şahmar, Bizim.Media