“Hər bir ziyalımız cəmiyyətin işığıdır. Onlar dünyadan köçəndə sanki bir işığımız sönür”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Xalq artisti Tünzalə Ağayeva Cabir İmanovun vida mərasimindən jurnalistlərə açıqlamasında deyib.
“Cabirlə 25 illik dostluğumuz var idi. Bakılı oğlanlar komandasının vaxtından səhnə karyeramda Cabir hər zaman yanımızda olan, müxtəlif layihələrdə iştirak edən dostumuz idi. Bir dostumuz getdi. O həmçinin gözəl bəstəkar idi. Hər bir azərbaycanlının qəlbində Cabir daim olacaq. Burada çox sayda insanlar var, hər bir azərbaycanlı onun ruhuna dualar oxuyur”, - deyə Xalq artisti əlavə edib.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media