“Sosial şəbəkələrdə Cabir İmanovun fotosunu gördüm və bəyəndim. Elə bildim doğum günüdür. Fotonun altında onun vəfat etdiyi barədə yazılanları görəndə hərflər beynimdə qarışdı. Çox üzüldüm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Cabir İmanovun vida mərasimində müğənni Sevda Yəhyayeva jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə Cabir İmanov onun üçün çox doğma insan olub:
“Heyf ki, biz onu tez itirdik. “Məhəllə”nin bir üzvü bizi tərk etdi. Yeri Cənnət olsun. Allah yaxınlarına səbir versin”.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Elcan Bəşirli, Bizim.Media