Cinayət törədən şəxs hansı halda təqsirsiz sayılır? - Ali Məhkəmədən İZAH

"Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir".

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikasının Ali Məhkəməsi konkret iş üzrə qəbul etdiyi qərarında əksini tapıb.

Ali Məhkəmə qeyd edib ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"nin 11-ci maddəsində, "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında" Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
 

Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun.


Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.
 

İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır.


Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-in bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər. O şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Aysel Əlizadə əməliyyat olundu

Aysel Əlizadə əməliyyat olundu

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

Masazırda yeni çəkilən yol niyə çöküb? – AAYDA-dan AÇIQLAMA

Masazırda yeni çəkilən yol niyə çöküb? – AAYDA-dan AÇIQLAMA

“Qarabağ”ın legioneri CƏZALANDIRILDI

“Qarabağ”ın legioneri CƏZALANDIRILDI

Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?

Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?

Fransa Livan ordusunu SİLAHLANDIRIR - İsrailin reaksiyası necə olacaq?

Fransa Livan ordusunu SİLAHLANDIRIR - İsrailin reaksiyası necə olacaq?

End of content

No more pages to load

RADİO