Yer kürəsində son üç ayın ən güclü G3+ kateqoriyalı maqnit qasırğası başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçev “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, geomaqnit dalğalanmalarında kəskin artım müşahidə olunub. Geomaqnit aktivlik indeksi Kp 7,33-ə çatıb ki, bu da beş ballıq şkala üzrə G3+ kateqoriyalı maqnit qasırğasına uyğundur.
Boqaçev qeyd edib ki, oxşar hadisələr sonuncu dəfə bu il iyunun 1-də, Yer kürəsinin böyük bir günəş şüalanmasından birbaşa zərbə aldığı zaman qeydə alınıb.
O əlavə edib ki, günəş aktivliyinin artması Yerə yaxın kosmosda vəziyyəti çətinləşdirməkdə davam edir.
Bizim.Media