MEDİA-nın İcraçı direktoru: “Özbəkistanla media sahəsində əməkdaşlığımız region üçün nümunə olmalıdır”

“Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.
 

MEDİA-nın icraçı direktoru qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək:


“Müasir dövrün tələblərindən biri də rəqəmsal medianın sürətli inkişafıdır. Bu inkişaf operativliyi artırmaqla yanaşı, həm də yeni çağırışlar meydana çıxarır. Azərbaycan və Özbəkistan bu çağırışlarla üz-üzədir. Bizim media sahəsində əməkdaşlığımız region üçün nümunə olmalıdır.

Son illərdə bu istiqamətdə mühüm addımlar atılıb və uğurlu layihələr həyata keçirilib.

Mediaturlar, birgə təlimlər və müxtəlif təşəbbüslər həm jurnalistlərimizin peşəkarlığını artırır, həm də cəmiyyətimizin media savadlılığını yüksəldir”, - deyə Ə.İsmayılov vurğulayıb.

MEDİA-nın icraçı direktoru əlavə edib ki, xüsusilə saxta xəbərlərin yayılmasının qarşısını almaq baxımından birgə təcrübə və fikir mübadiləsi mühüm əhəmiyyət daşıyır:

“Əminəm ki, Azərbaycan-Özbəkistan media əməkdaşlığı daha da güclənəcək və region üçün örnək olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəhidlər xiyabanında davranış qaydaları ilə bağlı qanun qəbul edilə bilər – YENİ TƏKLİF

Şəhidlər xiyabanında davranış qaydaları ilə bağlı qanun qəbul edilə bilər – YENİ TƏKLİF

Xoşbəxt evlilik üçün ən vacib 2 QAYDA

Xoşbəxt evlilik üçün ən vacib 2 QAYDA

Boşanmanın ən çox və ən az olduğu rayonlar – RƏSMİ STATİSTİKA

Boşanmanın ən çox və ən az olduğu rayonlar – RƏSMİ STATİSTİKA

Cabir İmanovla vida mərasiminə SON HAZIRLIQLAR – VİDEO

Cabir İmanovla vida mərasiminə SON HAZIRLIQLAR – VİDEO

Rəsmi Bakıdan Trampın Qəzza planına REAKSİYA

Rəsmi Bakıdan Trampın Qəzza planına REAKSİYA

Masallıda hamilə qadın xəstəxanada dünyasını dəyişdi

Masallıda hamilə qadın xəstəxanada dünyasını dəyişdi

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Əliyar Ağayevə UEFA-dan növbəti təyinat

Cabir bundan əvvəl də infarkt keçiribmiş

Cabir bundan əvvəl də infarkt keçiribmiş

Kürdəmirdə avtomobil AŞDI – FOTO

Kürdəmirdə avtomobil AŞDI – FOTO

Komitə sədrindən ictimai nəqliyyatda qiymət artımı ilə bağlı AÇIQLAMA

Komitə sədrindən ictimai nəqliyyatda qiymət artımı ilə bağlı AÇIQLAMA

“Beşiktaş”dan növbəti qələbə - VİDEO

“Beşiktaş”dan növbəti qələbə - VİDEO

Aygün Kazımova: “Qəfil gedişin səni sevənləri çox üzdü” – FOTO

Aygün Kazımova: “Qəfil gedişin səni sevənləri çox üzdü” – FOTO

DİQQƏT! Son üç ayın ən güclü maqnit qasırğası BAŞLADI

DİQQƏT! Son üç ayın ən güclü maqnit qasırğası BAŞLADI

Şəhid atası: “Mənim yarımçıq qoyduğum işi oğlum tamamladı” – FOTO

Şəhid atası: “Mənim yarımçıq qoyduğum işi oğlum tamamladı” – FOTO

Bəyin dostları Okey masası ilə gəlin avtomobilinin yolunu kəsdi - VİDEO

Bəyin dostları Okey masası ilə gəlin avtomobilinin yolunu kəsdi - VİDEO

Özbəkistan rəsmisi: “Azərbaycanın təcrübəsi bizə çox kömək edəcək”

Özbəkistan rəsmisi: “Azərbaycanın təcrübəsi bizə çox kömək edəcək”

Sərhədimizi pozan Əfqanıstan vətəndaşları TUTULDU – FOTO

Sərhədimizi pozan Əfqanıstan vətəndaşları TUTULDU – FOTO

Rüşvət alan 16 nəfər HƏBS EDİLDİ

Rüşvət alan 16 nəfər HƏBS EDİLDİ

Azərbaycanın bu il ixrac etdiyi qızılın dəyəri AÇIQLANDI

Azərbaycanın bu il ixrac etdiyi qızılın dəyəri AÇIQLANDI

İsmət Səttarov: “Azərbaycanla Özbəkistan media sahəsində yeni imkanlar əldə edib”

İsmət Səttarov: “Azərbaycanla Özbəkistan media sahəsində yeni imkanlar əldə edib”

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

“Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır” – Əhməd İsmayılov

“Media süni intellektdən daha maraqlı kontent yaratmaq üçün yararlanmalıdır” – Əhməd İsmayılov

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

End of content

No more pages to load

RADİO