Ramiz Quliyevin vəziyyəti pisləşdi - VİDEO

Xalq artisti, məşhur tarzən Ramiz Quliyev səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun oğlu, Əməkdar artist, dirijor Əyyub Quliyev məlumat verib.

O bildirib ki, Ramiz Quliyev hazırda reanimasiya şöbəsindədir. Birinci-vitse prezident Mehriban Əliyevanın tapşırığına əsasən, Ramiz Quliyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb:

“Ramiz müəllim haradasa bir il əvvəl böyrəkləri ilə bağlı problem yaşadı. Biz həkimləri ilə danışırdıq, müəyyən müalicə tədbirləri görürdük. Amma bir neçə gün bundan əvvəl halı həqiqətən ağırlaşdı və kritik bir vəziyyətə çatdı. Mən tanıdığım həkimlərlə məsləhətləşdim və onlar bildirdilər ki, Ramiz müəllimi təcili xəstəxanaya yerləşdirmək lazımdır və nəzarətə götürülməlidir. Vəziyyəti ağır olduğu üçün Heydər Əliyev Fondunun rəhbərliyinə müraciət etdim.
 

Sağ olsunlar, ən yüksək səviyyədə bizə dəstək oldular. Sentyabrın 23-ü müraciət etdim və artıq bir neçə saat ərzində o dəstəyi hiss etdim. Prezidentin köməkçisi Anar Ələkbərov dərhal zəng etdi və hər şeyi detalları ilə məndən soruşdu. Bütün məlumatları ona verdikdən sonra qərar verildi ki, dərhal xəstəxanaya yerləşdirilsin. Hətta bizə xəstəxana seçimində də şərait yaratdılar.


Dərhal təcili yardım maşını gəldi və onu xəstəxanaya yerləşdirdilər. Çünki hər dəqiqə, hər saniyə çox dəyərli idi. Həm onun üçün, həm də bizim üçün çox gərgin, həyəcanlı anlar idi”.

Ə.Quliyev qeyd edib ki, sənətkar xəstəxanaya yerləşdirildiyi gün Anar Ələkbərov və mədəniyyət naziri Adil Kərimli ona baş çəkiblər:

“Bizim üçün bu, çox dəyərli idi. Onlar həkimlərlə söhbət etdilər və vəziyyəti tam öyrəndilər.

Bildirdilər ki, Ramiz müəllimin vəziyyəti ilə bağlı bütün məsələlər dövlətimizin nəzarəti altındadır.

Bu işdə tələb olunan nə lazımdırsa, ən yüksək səviyyədə həyata keçiriləcək. Mən fürsətdən istifadə edib həm öz, həm də ailəmiz adından ilk növbədə dövlət başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Daim bizə dəstək olurlar, bizi tək buraxmırlar. Artıq bir neçə gün keçməsinə baxmayaraq, məndə olan məlumata görə, Anar Ələkbərov hər gün xəstəxana ilə əlaqədədir. Mənimlə də daim əlaqə saxlayırlar”.

O əlavə edib ki, hazırda atası Dövlət Gömrük Hospitalında müalicə alır:

“Səhhətindəki əsas problem böyrəklərlə bağlıdır. Xəstəxanaya yerləşdirildiyi ilk gündən həm müayinə, həm də müalicə olundu. Həkimlərin konsiliumunun nəticəsində qərara aldılar ki, dializ olmalıdır. Həmçinin, Ramiz müəllimin digər xroniki xəstəlikləri də var ki, onlar da nəzarətdə saxlanılır. Bir az ağciyərlə bağlı da narahatlıq var və müalicə prosedurları gedir. Bizə də şərait yaradırlar ki, onu görə bilək. Şükürlər olsun ki, müsbətə doğru dəyişiklik var, sağlamlığı bərpa olunmaq üzrədir. Hər şey nəzarətdədir, daim müayinələr keçirilir. Onu evdə gözləyirik. Vaxtında Heydər Əliyev Fondunun bu dəstəyi olmasaydı, bəlkə də biz onu itirmişdik. Demək olar ki, onu ölümdən qaytardılar”.

Qeyd edək ki, Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1982-ci ildə Əməkdar artist, 1988-ci ildə Xalq artisti fəxri adını alıb. 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Dostluğa ən çox dəyər verən bürclər

Dostluğa ən çox dəyər verən bürclər

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi – FOTO

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi – FOTO

Sabah bu ərazidə QAZ OLMAYACAQ

Sabah bu ərazidə QAZ OLMAYACAQ

Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR – Kimlərə şamil OLUNACAQ?

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR – Kimlərə şamil OLUNACAQ?

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO