Bakı Limanında Vahid Keçid Mərkəzi istifadəyə verildi – VİDEO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanının ərazisində yüklərin sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, yeni mərkəzdə Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt”, həmçinin ekspeditor şirkətlər birgə fəaliyyət göstərəcək. 

Beləliklə, əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri vahid mərkəzdə cəmləşəcək ki, bu da yük sahiblərinə və daşıyıcı şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradacaq.

Həmçinin liman ərazisində yüklərin sənədləşməsində iştirak edən tərəflərin vahid mərkəzdə xidmət göstərməsi təkərli nəqliyyat vasitələrinin (vaqon xaric) sənədləşməsi üçün tələb olunan müddəti 2 saatdan 1 saatadək qısaldacaq.

Eyni zamanda, bir blok-qatarın sənədləşməsinə sərf olunan vaxt 4 saata, ekspeditorların sənəd dövriyyəsi 2 saata, ödənişlərin ödənilməsinə sərf edilən vaxt isə 1 saatdan 8 dəqiqəyə qədər azalacaq. 


Bakı Limanı üzrə Vahid Keçid Mərkəzi əməliyyatların səmərəliliyini artıraraq ümumilikdə yükdaşıma əməliyyatlarının sürətinə müsbət təsir göstərəcək və sənədləşmə prosesinin daha rahat formada icrasını təmin edəcək.

Mərkəzin fəaliyyəti idxal əməliyyatlarının daha çevik icrasına, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcminin artmasına və ölkənin logistika sisteminin dayanıqlığının yüksəldilməsinə, Orta Dəhlizin rəqabətqabiliyyətini gücləndirərək Azərbaycanın tranzit ölkə kimi rolunun möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Mərkəz həmçinin Azərbaycanın tranzit-logistika sistemində yeni sinerji yaradacaq.

Yükdaşımaların sürəti və şəffaflığının artması həm beynəlxalq daşıyıcıların Azərbaycan ərazisindən keçən marşrutlara üstünlük verməsinə, həm də region ölkələrinin tranzit marşrut seçimində Orta Dəhlizin daha cəlbedici mövqeyə çıxmasına şərait yaradacaq.

Bu cür optimallaşdırmalar ölkə gündəliyində mühüm yer tutan “qlobal nəqliyyat qovşağına çevrilmək” hədəfinə xidmət etməklə yanaşı, ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, investisiya cəlbediciliyinin artırılması və beynəlxalq ticarətdə etibarlı tərəfdaş imicinin gücləndirilməsində xüsusi rol oynayacaq.

Qeyd edək ki, Bakı Limanının ADY-yə inteqrasiyası əməliyyat çevikliyinin artırılmasına, yüklərin daşınmasında vahid idarəetmə mexanizminin yaradılmasına imkan verib.

Görülən işlərin nəticəsində Bakı Limanında 2025-ci ilin 8 ayı ərzində 70 min TEU-ya yaxın konteyner aşırılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi (47 min TEU) ilə müqayisədə 48 faiz çoxdur. Vahid Keçid Mərkəzinin fəaliyyəti əməliyyatların daha da optimallaşdırılmasına xidmət edərək Bakı Beynəlxalq Dəniz Limanında yükaşırma göstəricilərinin davamlı artmasına gətirib çıxaracaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Dostluğa ən çox dəyər verən bürclər

Dostluğa ən çox dəyər verən bürclər

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi – FOTO

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi – FOTO

Sabah bu ərazidə QAZ OLMAYACAQ

Sabah bu ərazidə QAZ OLMAYACAQ

Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR – Kimlərə şamil OLUNACAQ?

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR – Kimlərə şamil OLUNACAQ?

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

End of content

No more pages to load

RADİO