Yeni mədəni müharibə: Milli kimliyimiz rəqəmsal cəbhədə necə qorunur?

Müasir dövrümüzdə informasiya yalnız texniki resurs deyil o həm də dəyərlərin ötürücüsü, kimliyin daşıyıcısı və ictimai münasibətlərin əsas strukturudur. Xüsusilə Azərbaycan kimi zəngin tarixi və mədəni irsə sahib ölkələrdə, media informasiya aləti olmaqdan daha artıq ideoloji, siyasi və mənəvi suverenliyin müstəvisinə çevrilmişdir. Bu baxımdan, milli dəyərlərin qorunması ilə media strategiyalarının ahəngdar şəkildə qurulması, təkcə mədəni siyasətin deyil, ümumilikdə milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

Milli dəyərlər anlayışı çox vaxt keçmişin konservasiyası kimi dəyərləndirilir: tarix, adət-ənənə, dini ayinlər, ailə münasibətləri və folklor. Halbuki bu dəyərlər cəmiyyətin özünüdərkinin, kimlik yaddaşının və gələcəyə inşa etdiyi mədəni məkanın özəyidir. Azərbaycanda bu dəyərlər yalnız tarixi keçmişdən qaynaqlanmır. Onlar Qarabağ Zəfəri ilə tamamlanan bir mərhələdə yenidən ideoloji və simvolik gücə çevrilib. Hər bir şəhidin xatirəsi, hər bir qədim torpağın azad olunması bu dəyərlərə həyat verir.

Burada əsas məsələ bu dəyərləri yalnız yaşatmaq yox, müasir gəncliyə və gələcək nəsillərə necə ötürməkdir. Məhz bu nöqtədə media  xüsusilə də rəqəmsal media əsas silaha çevrilir. Çünki bu günün informasiya qəbulu ənənəvi ailə və məktəb mühitindən daha çox sosial şəbəkələr və onlayn platformalar vasitəsilə baş verir.

Azərbaycan mediasının qarşısında duran əsas çağırışlardan biri budur: təqdim etdiyi məzmun milli kimliyi qoruyurmu, yoxsa yadlaşdırırmı?

Media təkcə informasiya yaymır, həm də ictimai şüuru formalaşdırır, gənclərin qəhrəman obrazını, ailə modelini, qadın və kişi rollarını müəyyənləşdirir. Əgər bu məzmun milli dəyərlərlə uzlaşmırsa, informasiya hərbi silahdan daha təhlükəli nəticə doğura bilər.

Bu səbəbdən, media strategiyası yalnız peşəkar jurnalistika standartlarını deyil, ideoloji məsuliyyəti də əhatə etməlidir. Məsələn, Qarabağ zəfərinin mediada təqdimatı, yalnız hərbi uğur kimi yox, həm də milli ruhun dirçəlişi, vətən sevgisinin ifadəsi, ümummilli həmrəyliyin simvolu kimi təqdim olunmalıdır. Bu isə dövlət tərəfindən planlaşdırılan və dəstəklənən strateji media proqramları ilə mümkündür.

Gənc nəsil artıq televiziyadan çox, TikTok, İnstagram, YouTube kimi platformalarda zaman keçirir. Ona görə də milli dəyərlərin təbliği sırf təmtəraqlı bayram reportajları və rəsmi çıxışlarla həyata keçə bilməz. Qısametrajlı videolar, vizual kampaniyalar, sosial media trendlərinə uyğunlaşmış kontent milli dəyərləri müasir üslubda çatdırmağın açarıdır.

Media məzmunu hazırlanarkən, cəlbedici forma ilə dərin məzmunun balansı qorunmalıdır. Vətənpərvərlik mövzusunda hazırlanmış bir video estetik və emosional baxımdan zəngin olmadıqca, o gəncin qavrayışında “propaganda” kimi qarşılanacaq. Media mütəxəssisləri psixoloji manipulyasiyanı öz əleyhinə yox, xalqın mənafeyi üçün istifadə etməyi öyrənməlidirlər.

MEDİA və mediamız

Azərbaycan, xüsusilə də post-Qarabağ dövründə daha sistemli informasiya hücumlarına məruz qalır. Bu hücumlar hərbi xarakter daşımır – ideoloji və simvolik müstəvidə baş verir. Tarixi faktların təhrif edilməsi, milli liderlərin nüfuzuna xələl gətirən kampaniyalar, Azərbaycanın beynəlxalq imicinə yönəlmiş “soft power” yəni yumşaq güc təsirləri hər gün yeni formatda qarşımıza çıxır.

Buna qarşı reaktiv yox, proaktiv yanaşma tələb olunur. Azərbaycan media qurumları, sosial platformalar və analitik mərkəzlər ideoloji təxribatları vaxtında aşkarlayan və dərhal cavab verən struktur halına gəlməlidir. Burada həm yerli jurnalistlərin, həm də gənc “media könüllülərinin” hazırlığı ön plana çıxır. Dövlət bu sahədə həm təlimlər, həm də maddi və texniki dəstək vasitəsilə milli informasiya təhlükəsizliyini təşkil etməlidir.

Yazının əvvəlində dediyimiz kimi, müasir media strategiyası yalnız texnologiya üzərində qurula bilməz. Onun əsas sütunu insan resursudur – jurnalist, bloqqer, kontent yaradıcısı və analitik. Bu şəxslərin hamısı dəyərlər sisteminə bağlı olmalı, ölkənin ideoloji suverenliyinin məsuliyyətini daşımalıdır.

kiber 1

Bu məqsədlə, peşəkar təlim proqramları, medianın vətənpərvərlik istiqamətində rolu üzrə seminarlar, simpoziumlar və media etikası kursları təşkil olunmalıdır. “Söz azadlığı” anlayışı ilə “milli maraqlar” arasındakı zərif tarazlıq hər bir jurnalist üçün öyrədilməlidir.

Milli dəyərlərin qorunması təkcə mədəni və mənəvi məsələ deyil, ideoloji müstəqillik məsələsidir. Bu dəyərlər qorunmadıqca, heç bir informasiya neytral deyil  hər biri ya kimliyi möhkəmləndirir, ya da zəiflədir. Azərbaycanda bu məsələyə verilən yeni diqqət layihələrin dəstəklənməsi, məqalə müsabiqələri, tematik təlimlər və strateji yanaşma doğru istiqamətdə mühüm addımlardır.

Ancaq bu proses uzunmüddətli və davamlı olmalıdır. Bu, bir dəfəlik kampaniya yox, mədəni müqavimət strategiyası kimi dərk edilməlidir. Media yalnız informasiyanın deyil, həm də kimliyin daşıyıcısıdır. O kimliyi yaşatmaq üçün media özü də milli ruhla yaşamalıdır.

Məqalə Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO

Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı - VİDEO

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

Türkiyədə 70 kiloqram qızılla saxlanılan hərbi attaşenin keçmiş baş köməkçisi HAKİM QARŞISINDA

“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə BAŞLANILDI

“Tramp marşrutu”nun (TRIPP) həyata keçirilməsinə dair işlərə BAŞLANILDI

Millimizin seçmə mərhələdəki oyunlarının TƏQVİMİ

Millimizin seçmə mərhələdəki oyunlarının TƏQVİMİ

Yadigar Muradovun beyninə qan sızdı

Yadigar Muradovun beyninə qan sızdı

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

Qəbələnin Nic kəndində güclü yanğın oldu - VİDEO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

AHİK Vəkillər Kollegiyası ilə Əməkdaşlıq Memorandumu imzaladı - FOTO

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

Sürücülərin DİQQTİNƏ: Bəzi yollarda tıxac var

Bakı metrosunda qadın maşinistlərin sayı ARTDI - RƏSMİ

Bakı metrosunda qadın maşinistlərin sayı ARTDI - RƏSMİ

Qubada hindistanlı turistin öldüyü qəzanın TƏFƏRRÜATI

Qubada hindistanlı turistin öldüyü qəzanın TƏFƏRRÜATI

Qəbələdə tövlədə 10 ton ot bağlaması YANDI - VİDEO

Qəbələdə tövlədə 10 ton ot bağlaması YANDI - VİDEO

1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

“Neftçi”nin qapıçısı “Qəbələ”yə KEÇİR

“Neftçi”nin qapıçısı “Qəbələ”yə KEÇİR

İlham Əliyevdən mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

İlham Əliyevdən mərkəzi icra hakimiyyəti orqanları ilə bağlı FƏRMAN

Prezident BƏƏ ilə Şuşada imzalanan Memorandumu TƏSDİQLƏDİ

Prezident BƏƏ ilə Şuşada imzalanan Memorandumu TƏSDİQLƏDİ

Əhməd Oruc insult keçirdi: Vəziyyəti ağırdır

Əhməd Oruc insult keçirdi: Vəziyyəti ağırdır

Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq

Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq

Bakıda taksidən meyit tapıldı

Bakıda taksidən meyit tapıldı

SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

SON DƏQİQƏ! Rusiya Türkiyənin qaz tankerinə PUA zərbəsi endirdi – VİDEO

Axtarışda olan Əkbər Xəlilov Rusiyadan Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan Əkbər Xəlilov Rusiyadan Azərbaycana GƏTİRİLDİ

AYNA-dan Bakı-Sumqayıt yolundakı yeni avtobus zolağı ilə bağlı daha bir AÇIQLAMA

AYNA-dan Bakı-Sumqayıt yolundakı yeni avtobus zolağı ilə bağlı daha bir AÇIQLAMA

Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ

Sahil Tahirli yeni vəzifəyə TƏYİN EDİLDİ

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK olub

Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində HƏLAK olub

Daşkənddən başlayan YENİ ERA – Azərbaycan-Mərkəzi Asiya platformasının İQTİSADİ İMKANLARI

Daşkənddən başlayan YENİ ERA – Azərbaycan-Mərkəzi Asiya platformasının İQTİSADİ İMKANLARI

End of content

No more pages to load

RADİO