Adnan Əhmədzadə İsveçrədə qaydaları pozduğu üçün saxlanılıbmış - YARIM MİLYONLUQ CƏRİMƏ

Adnan Əhmədzadə İsveçrədə qaydaları pozub və fantastik məbləğdə cərimə ödəyib - 478575 AZN!

Sürücülük vəsiqəsi əlindən alındı

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ötən il Cenevrədə fantastik məbləğdə cərimə ödəyib.

Bizim.Media “Lent.az”a istinadən xəbər verir ki, Adnan Əhmədzadə yol hərəkət qaydalarını pozduğuna, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyinə  və bunu bir neçə dəfə təkrarladığına görə, 225 000 İsveçrə frankı ( günün məzənnəsi ilə 478 575 AZN) cərimə ödəyib.

İsveçrə mediasında həmin vaxt olayın təfərrüatları yazılıb.

Medianın yazdığına görə, Əhmədzadə Cenevrədə yol hərəkət qaydalarını pozduğu üçün əvvəlcə 10 000 İsveçrə frankı məbləğində cərimələnib və sürücülük vəsiqəsi əlindən alınıb.
 

Buna baxmayaraq, o, Yeni İli qeyd etmək üçün özünə məxsus "Audi" markalı avtomobillə yenidən Qondo sərhəd keçid məntəqəsindən İsveçrəyə daxil olub. Orada onu dərhal dayandırıblar,  sərhədçilər onun sürücülük vəsiqəsi olmadan maşın sürdüyünü müəyyən ediblər.


O, 1750 İsveçrə frankı məbləğində 130 gündəlik cərimə cəzasına məhkum edilib. 

Cəmi bir ay sonra Əhmədzadə Simplon keçidində avtomobilinin yoxlanılması üçün yenidən saxlanılıb. Yuxarı Valais dövlət prokurorunun qərarına əsasən, “təqsirləndirilən şəxs sınaq müddəti ərzində eyni qaydada yenidən cinayət törədib və davranışına görə peşman olmayıb”.

Ona görə də onun gələcəkdə oxşar cinayətlər törətməsi istisna oluna bilməz. 

Cenevrə ədliyyə orqanlarının təyin etdiyi üç illik dayandırılmış cərimə ləğv edilib.

Cəza əmrinə əsasən, Əhmədzadə sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməkdə təqsirli bilinib. O, ümumilikdə 225.000 CHF məbləğində cərimələnib. Adnan Əhmədzadə isə bu cəriməni ödəyəndən sonra İsveçrəni tərk edə bilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Zelenski Suriyaya getdi

Zelenski Suriyaya getdi

İranda iki etirazçı edam edildi

İranda iki etirazçı edam edildi

Həmin qız uşaq evinə yerləşdiriləcək

Həmin qız uşaq evinə yerləşdiriləcək

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

27 yaşlı gənci sel necə aparıb?

27 yaşlı gənci sel necə aparıb?

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

İranda 37 gündür internet yoxdur

İranda 37 gündür internet yoxdur

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

End of content

No more pages to load

RADİO