Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: "Qonşunun oğlu ilə gəzirsən"

Gəncə şəhərində 1978-ci il təvəllüdlü Xəlil qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Güllünü (adlar şərti verilib - red) öldürməyə cəhd edib.

Bizim.Media "Teleqraf.az"a istinadən xəbər verir ki, o, 2000-ci ildən nikah münasibətində olduğu arvadı Güllünün onunla yaxınlıq etməkdən imtinasını xəyanət eləməsi ilə əlaqələndirib.

Bu səbəbdən arvadını öldürmək qərarına gəlib. O, bıçaqla qadına zərbələr vurub. Anasının köməyinə gələn övladı atasına aktiv müqavimət göstərib və yaralı anasını dərhal xəstəxanaya çatdırıb.

Vaxtında tibbi yardım alan qadının həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Davranışı mənə pis təsir etdi"

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, arvadı ilə 2000-ci ildə rəsmi nikaha daxil olub, iki övladları var:
 

"Güllü ilə aramızda tez-tez mübahisə olurdu. 2022-ci il sentyabrın sonunda evdə mərhum atam Zahidin ölümünün ikinci ildönümü ilə bağlı ehsan süfrəsi açıldı. Bacım Səbinə və qohumlar işdən gələn Güllüyə ehsan yeməyi tövsiyə etsələr də, o imtina etdi. Güllünün bu davranışı mənə pis təsir göstərdi.


Bir neçə gün sonra Güllü işdən gələndə yenidən mübahisə etdi, əsəbiləşərək evin əşyalarını sındırdı, küsərək Məhsəti qəsəbəsinə getdi. Onunla barışdım və evə gətirdim. Təxminən bir həftə sonra Güllü oğlum Sərxanı əleyhinə öyrətdiyimi bəhanə edərək mənimlə mübahisə etdi.

Onun niyə bu qədər əsəbi olduğunu araşdırdım və "YouTube" sosial şəbəkəsində həkim-ginekoloqun "vaginizm" xəstəliyi haqqında müsahibəsinə baxdım.

Xəstəliyin əlamətlərinin Güllüdə olması qənaətinə gəldim. Yeni Gəncə qəsəbəsində yaşayan bacımın evinə getdim, bu barədə ona bildirdim. Müsahibədə xəstəliyi daşıyanların öz problemlərini gizlətdiyi qeyd edilib. Bacımla Güllünü Bakı şəhərinə, həmin həkim-ginekoloqun yanına aparmaq barədə razılaşdıq".

"Bu xəstəliyinə görə gətirdiyimi izah etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadı Güllü və bacısı Səbinə ilə birlikdə Bakı şəhərində xəstəxanaya gediblər: "Səbinə Güllünü həkimin qəbuluna yazdırdı. Bu zaman o, məsələni başa düşdü. Müayinədən əvvəl bacım həkimə Güllünün əsəbi olduğunu və onda "vaginizm" xəstəliyinin əlamətlərinin sezildiyini dedi.

Müayinədən sonra həkim mənə Güllüdə həmin xəstəliyin əlamətlərinin olmadığını bildirdi. Bacım Səbinə Gəncə şəhərinə qayıtdı, arvadımla mən birlikdə Bakı şəhərində qaldıq. Saat 18 radələrində arvadımla Gəncəyə qayıdanda hansı səbəbə aldadılaraq onu həkimə gətirildiyimi soruşdu. Mən də xəstəliyinə görə gətirdiyimi izah etdim. Güllü məsələni oğlum Sərxana danışdı, ginekoloqa onunla gedəcəyini dedi. Mən ona oğlumu bu məsələyə qatmamasını bildirdim".

"Polisə təslim oldum"

Xəlil bildirib ki, növbəti gün saat 6-da yuxudan oyanıb, oğlu Sərxan həyətə heyvanlara yem vermək üçün mal tövləsinə gedib:
 

"Güllü də Sərxanın ardınca getdi. Mən arvadıma oğluma mane olmamağı bildirdim. O, sözümə əhəmiyyət verməyərək oğlumla mübahisəyə davam etdi.


Sərxan işini qurtardıqdan sonra hamama girdi. Güllü isə birinci mərtəbədə yataq otağına daxil olaraq mənimlə mübahisəyə başladı. Mübahisə zamanı Güllü məni, daha sonra mən də onu itələdim. Əlimdə yemək hazırlamaq üçün bıçaq vardı. Çox əsəbiləşdiyim üçün əlimdəki bıçaqla ona zərbələr endirdim.

Güllü xəsarət aldıqdan sonra bərkdən oğlumu çağırdım. O gələndə arvadım döşəmənin üzərinə yıxılmışdı, özüm isə şok vəziyyətdə kənarda durmuşdum.

Sərxan bıçağı əlimdən alaraq yerə atdı, anasına qonşuya getməyi təklif etdi. Anası çıxdıqdan sonra Sərxan da evi tərk etdi. Mən bıçağı, Güllüyə və özümə məxsus mobil telefonları götürərək evdən getdim.

Güllünün telefonunu götürməkdə məqsədim onu kimin öyrətməsini öyrənmək idi. Telefona baxdım, heç nə aşkar etmədim. Bıçağı və telefonları sındıraraq Xan arxına tulladım. Sumqayıt şəhərinə gedərək ad və yerini dəqiq xatırlamadığım hoteldə qaldım. Ardınca polis idarəsinə gedərək təslim oldum".

"Münasibətim olduğunu bildirdi"

İş üzrə zərərçəkmiş Güllünün sözlərinə görə, həyat yoldaşı Xəlil 2022-ci ildə dostları ilə görüşdükdən sonra evə qayıdanda altı ay müddətində bir nəfər şəxsə onu izlətdirdiyini, yolunu azdığını və adına söz çıxdığını deyib:

"Xəlildən məni izləyən şəxsin kim olduğunu və məni harada gördüyünü soruşdum. O isə "getdiyin qapını bilmirsən?!" deyə kinayəli formada cavab verdi.

Sualı təkrarlayanda, Xəlil mənə qonşumuz Ramalgilə getdiyimi, onun oğlu Rafiq ilə münasibətim olduğunu bildirdi".
 

Güllü qeyd edib ki, növbəti günlərdə Xəlil səhhətində problem olduğu üçün müalicəyə Bakıya getməyi xahiş edib:


"Mənə Bakıda işləyən həkimin əmisi oğlunu müalicə etdiyini bildirdi. Həmin gün saat 05:30-da ərim Xəlil və baldızım Səbinə ilə birlikdə Bakı şəhərinə getdik. Xəstəxanada bildim ki, ərim mənim başqa şəxslə münasibətim olmasından şübhələndiyi üçün ginekoloqa gətirib. Məlumatım olmadan götürdüyü şəxsiyyət vəsiqəsini xəstəxanada həkimə verib, həkimlə təklikdə söhbət edib.

Həkim-ginekoloq tərəfindən müayinə edildikdən sonra Xəlil bacısını Gəncəyə yola saldı. "Bu nə oyundur, başıma açırsan" deyərək ərimlə mübahisə etdim. O mənə evdə cadu qoyduğuma görə səhhətində problem yarandığını dedi. Təkrar onunla mübahisə etdim, boşanacağımı dedim".

"Qəfil kürəyimdən vurdu"

Zərərçəkmiş deyib ki, hadisə günü səhər saat 8 radələrində həyəti süpürdükdən sonra evin birinci mərtəbəsindəki otağa girib:

"Xəlil məni görüb arxamca otağa gəldi. Çantamdan kosmetika götürdüyüm zaman qəfil kürək nahiyəmin sağ və sol tərəfinə bir neçə bıçaq zərbəsi vurdu. Oğlumu çağırdım, o gəlib Xəlilin əlindən bıçağı aldı və qabağını kəsdi. Mən çətinliklə qonşun Cəlilin evinə getdim. O, təcili tibbi yardıma zəng etdi, oğlum da ardımca gəldi. Təcili tibbi yardımla məni Gəncə şəhər 3 saylı xəstəxanaya apardılar".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında uyğun cəza təyin olunmasını xahiş edib.


Gəncə Apellyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Macarıstanın mədəniyyət və innovasiya naziri ADNSU-da – FOTO

Macarıstanın mədəniyyət və innovasiya naziri ADNSU-da – FOTO

Bakıya giriş bu tarixdən pullu olacaq

Bakıya giriş bu tarixdən pullu olacaq

Berdiməhəmmədova qeyri-adi TƏKLİF – “Maaşları artırmağı dayandırın”

Berdiməhəmmədova qeyri-adi TƏKLİF – “Maaşları artırmağı dayandırın”

Rus ordusu mühasirəyə düşdü, məhv edilir – Təcili

Rus ordusu mühasirəyə düşdü, məhv edilir – Təcili

"Qarabağ" - "Kopenhagen" oyununa satılan biletlərin SAYI AÇIQLANDI

"Qarabağ" - "Kopenhagen" oyununa satılan biletlərin SAYI AÇIQLANDI

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Əməkhaqqı və təqaüd kartlarında bonuslar dövrü başlayır

Vergi ödəyicilərinin DİQQƏTİNƏ – Oktyabrın 1-dən...

Vergi ödəyicilərinin DİQQƏTİNƏ – Oktyabrın 1-dən...

Adnan Əhmədzadə İsveçrədə qaydaları pozduğu üçün saxlanılıbmış - YARIM MİLYONLUQ CƏRİMƏ

Adnan Əhmədzadə İsveçrədə qaydaları pozduğu üçün saxlanılıbmış - YARIM MİLYONLUQ CƏRİMƏ

Bu yay neçə nəfəri gün vurub? – RƏSMİ AÇIQLAMA

Bu yay neçə nəfəri gün vurub? – RƏSMİ AÇIQLAMA

Azərbaycanlı aparıcı 4-cü dəfə ƏRƏ GEDİR: iş adamına - VİDEO

Azərbaycanlı aparıcı 4-cü dəfə ƏRƏ GEDİR: iş adamına - VİDEO

Lütvəli Babayev ifadə verdi - “Onun səsini şəxsən mən yazmışdım”

Lütvəli Babayev ifadə verdi - “Onun səsini şəxsən mən yazmışdım”

Kritik informasiyalarla bağlı müzakirələr APARILDI - DTX və XRİTDX üzvlərinin iştirakı ilə KOMİSSİYA İCLASI

Kritik informasiyalarla bağlı müzakirələr APARILDI - DTX və XRİTDX üzvlərinin iştirakı ilə KOMİSSİYA İCLASI

İlkin Həsəni xanımından YAZDI: “Ən böyük dayağımsan” - FOTOLAR

İlkin Həsəni xanımından YAZDI: “Ən böyük dayağımsan” - FOTOLAR

“Barselona” səfərdə qalib gəldi - VİDEO

“Barselona” səfərdə qalib gəldi - VİDEO

Kredit borcu olanların NƏZƏRİNƏ – Ödəniş tarixini bu yolla dəyişdirmək OLAR

Kredit borcu olanların NƏZƏRİNƏ – Ödəniş tarixini bu yolla dəyişdirmək OLAR

Sankt-Peterburqdan Gəncəyə metadon gətirən şəxs saxlanıldı – FOTO

Sankt-Peterburqdan Gəncəyə metadon gətirən şəxs saxlanıldı – FOTO

İnsan orqanizmində 6 lazımsız orqan: Onların heç bir funksiyası yoxdur

İnsan orqanizmində 6 lazımsız orqan: Onların heç bir funksiyası yoxdur

Zərdabda qadın körpəsini avtomobildə dünyaya gətirdi – VİDEO

Zərdabda qadın körpəsini avtomobildə dünyaya gətirdi – VİDEO

Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: "Qonşunun oğlu ilə gəzirsən"

Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: "Qonşunun oğlu ilə gəzirsən"

Qazi vəfat etdi

Qazi vəfat etdi

Azərbaycandakı təhsil müəssisələrinin sayı AÇIQLANDI

Azərbaycandakı təhsil müəssisələrinin sayı AÇIQLANDI

Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi

Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi

Səidə Bəkirqızı efirdə göz yaşlarına boğuldu – VİDEO

Səidə Bəkirqızı efirdə göz yaşlarına boğuldu – VİDEO

Azərbaycanın III MDB Oyunlarındakı bayraqdarları müəyyənləşdi

Azərbaycanın III MDB Oyunlarındakı bayraqdarları müəyyənləşdi

End of content

No more pages to load

RADİO