"Brendinq təkcə loqo və ya şüarlardan ibarət deyil. Bu, ali məktəblərin öz kimliyini, dəyərlərini, nailiyyətlərini cəmiyyətə və dünyaya necə təqdim etməsi deməkdir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov “Avrasiya universiteti brendinqi: kimliyin və qlobal əhatəliliyin tarazlaşdırılması” mövzusuna həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, brendinq barədə düşünərkən cavab axtarmalı olduğumuz suallar var:
"Müasir rəqabət mühitində universitetlər artıq yalnız akademik mükəmməlliklə yarışmır, həm də öz üstünlüklərini necə çatdırmaqla, öz unikal tərəflərini necə göstərmək və qlobal şəbəkələrlə necə əlaqə qurmaqla da rəqabət aparırlar".
Günay Şahmar, Sadiq Məmmədov, Elcan Bəşirli, Bizim.Media