Baş nazirdən kənd təsərrüfatı təyinatlı torpaqlardakı tikililərlə bağlı QƏRAR

“Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən həddin hesablanması Qaydası" təsdiq edilib.

Bizim.Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir.

 

Torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir. Tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.


Qərarla Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən hədd müəyyən ediləcək. Tikinti əmsalından qismən istifadə edilmiş torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, tikililərin inşası üçün yol verilən hədd bu Qaydanın tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: -. torpaq sahəsi bölünən zaman başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçməyən torpaq sahəsində əsaslı tikilinin sahəsi tikinti əmsalının 1 faizini keçmədiyi halda torpaq sahəsinin tikinti əmsalı həmin əsaslı tikilinin sahəsi çıxılmaqla müəyyən edilir. Başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçən boş torpaq sahəsində tikinti əmsalı 1 faiz həddində müəyyən edilir; -. torpaq sahəsi bölünən zaman başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçməyən torpaq sahəsində əsaslı tikilinin sahəsi tikinti əmsalının 1 faizini keçdiyi halda həmin torpaq sahəsi yenidən tikinti əmsalına cəlb edilmir. Başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçən boş torpaq sahəsində tikinti əmsalı torpaq sahəsinin bölünməzdən əvvəl yol verilən tikinti əmsalının (1 faiz) istifadə edilməyən hissəsi həddində müəyyən edilir. Üzərində əsaslı tikili olmayan və bu Qaydaya uyğun olaraq tikinti əmsalı müəyyən edilmiş torpaq sahəsi qonşu torpaq sahəsinə birləşdirildikdə, birləşdirilən torpaq sahəsinin yol verilən tikinti əmsalı qonşu torpaq sahəsinin yol verilən tikinti əmsalı ilə toplanır. Üzərində əsaslı tikili olan və ərazisi 5 hektardan az olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə birləşdirildikdən sonra yaranan vahid torpaq sahəsində tikinti əmsalı həmin əsaslı tikilinin (tikililərin) sahəsi çıxılmaqla müəyyən edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

End of content

No more pages to load

RADİO