Əsgərlik məsələsini “hamam suyu” ilə həll edibmiş...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və digər iki zabitin məhkəmə araşdırması davam edir.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hazırkı mərhələdə ittiham tərəfinin şahidləri ifadə verir.

Şahid Əhməd Əhmədov deyib ki, xaricdə magistratura təhsili aldığı üçün hərbi xidmətdən möhlət hüququ alması lazım imiş. Bu məsələdə tanışının vasitəsilə Ramin Şükürovla görüşüb:

“Dostumun atası əvvəllər hərbi komissar olub. Bu işdə mənə o kömək etdi. Onunla birlikdə Xəzər Rayon Hərbi Komissarlığına getdik. Orada rəis Ramin Şükürovla görüşdük. Komissara dedim ki, belimdə və gözümdə problemlər var, həmçinin xaricdə təhsil alıram. Dedilər ki, bu məsələyə baxacağıq. Tibbi müayinələrdən sonra dostumla təkrar görüşdüm. Söylədi ki, bu iş 22 min manata həll edilə bilər. Həmin pul da hərbi komissara çatacaqmış. Pulu verəndən sonra da xidmətə yararsız olmağım barədə hərbi bileti verdilər”.

Şahid Araz Məmmədov isə həmin Dövlət Xidmətində işləyən tanışı vasitəsilə başqa birinin əsgərlik məsələsini həll edib:
 

“Mən özüm Yasamalda kafe işlədirəm. Müştərim Bəhrəm Cəlilov var idi, Səfərbərlik Xidmətində işləyirdi. Bir gün ofisiantlardan birinin qohumunun əsgərlik məsələsini həll etməyi xahiş etdim. Bunun üçün 6 min manat istədi. Həmin pulu ona verdim. Amma Ramin Şükürovu tanımıram. Bəhrəmin pulu ona verib-vermədiyini də bilmirəm”.


Hakim Fikrət Əliyev şahidin əvvəlki ifadəsini elan edərkən məlub olub ki, Arazın özünün də bu işin həll edilməsində marağı olub. Belə ki, onu sadəcə yaxşı qonaqlıqla şirnikləşdiriblər. İş düzələndən sonra da hamam qonaqlığı təşkil edilib. Qonaqlıqda xidmətdən yayınan çağırışçı özü də iştirak edib.

Proses oktyabrın 1-i digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi. O, bundan əvvəlki məhkəmədə yenidən ev dustaqlığına buraxılıb. Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Sürücülərin NƏZƏRİNƏ: Bakının mərkəzi yolu bağlıdır! – BU TARİXƏDƏK

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

Əfqanıstanda güclü ZƏLZƏLƏ baş verdi

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu OLDU

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü – FOTO

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Əvvəllər belə istilər görülməyib: 2026-cı ildə yeni temperatur rekordu XƏBƏRDARLIĞI

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Aprel ayında bu 3 BÜRCƏ pul yağacaq

Teylor Sviftin toy tarixi bəlli oldu

Teylor Sviftin toy tarixi bəlli oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

End of content

No more pages to load

RADİO