Yasdan sonra sıra toya çatdı: yeni qadağa anonsu – Əhalinin nəzərinə

Özbəkistanda toy və digər ailəvi mərasimlər üçün yeni qaydalar tətbiq edilib. Belə ki, qonaq sayına məhdudiyyət qoyulub və təmtəraqlı ayinlərə nəzarət gücləndirilib. Azərbaycanda da zaman-zaman belə qadağaların mümkünlüyü müzakirə olunur. Bildirilir ki, bu cür məclislərdə həddindən artıq israfçılığa yol verilir və bu məsələ tənzimlənməlidir.

Ölkəmizdə toylarla bağlı məhdudiyyətlərin qoyulması mümkündürmü?

Bizim,Media xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycanda toy və yas mərasimlərinin çox təmtəraqlı keçirilməsi uzun müddətdir ictimai müzakirə mövzusudur:

“Son dövrlərdə bəzi regionlarda yas mərasimlərinin keçirilməsinə dair məhdudiyyətlər tətbiq edilib. Belə məclislərdə müsrifliyin qarşısı alınmalıdır, lakin bunu təkcə inzibati tədbirlərlə deyil, maarifləndirmə yolu ilə həyata keçirmək daha məqsədəuyğundur. Cəmiyyət bilməlidir ki, təmtəraqlı mərasimlər milli adət-ənənəyə uyğun deyil. İctimai qınaq və bu istiqamətdə davamlı görülən işlər insanların davranışına təsir göstərə bilər. Bununla belə, bəzi hallarda müəyyən məhdudiyyətlərin tətbiqi də vacibdir”.

Deputat qeyd edib ki, xüsusən Bakıda belə mərasimlərində israfçılıq geniş yayılıb və qarşısı alınmalıdır:

“Ehsan süfrələrinin şişirdilmiş formada təşkili, toy mərasimlərində isə şadlıq evlərinin yüksək qiymətləri ailələr üçün ağır yükə çevrilir. Bir çox hallarda insanlar borca düşür və bu, yeni qurulan ailələrin həyatına mənfi təsir göstərir. Halbuki adət-ənənəmizdə əsas məqsəd gənclərə dəstək olmaqdır. İndiki şəraitdə isə bundan yalnız şadlıq evləri qazanır.
 

Restoranlarda bəzən bir nəfər üçün menyu 250-300 manat təşkil edir və bu da süni şəkildə şişirdilmiş qiymətlərdir. Üstəlik, bəzi məqamlarda vaxtı keçmiş ərzaqlardan istifadə edilməsi, səsgücləndiricilərin normadan artıq işlədilməsi sağlamlığa ziyan vurur. Halbuki mövcud normalara görə müəyyən həddən artıq səs insan orqanizminə ciddi təsir göstərir.


Nəticə etibarilə, bu sahədə həm maarifləndirmə, həm də ictimai qınaq mühüm rol oynamalıdır. Əgər bu üsullar effekt verməsə, dövlətin imperativ qaydada məhdudiyyətlər tətbiq etməsi qaçılmaz olacaq. Çünki istər toy, istər yas mərasimindən sonra ailələrin ağır vəziyyətə düşməsi yolverilməzdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qardaşlarımız nə deyirsə, düz deyir” - Qurban Qurbanov

“Qardaşlarımız nə deyirsə, düz deyir” - Qurban Qurbanov

Çay evindən oğurluq edən şəxs narkotiklə TUTULDU

Çay evindən oğurluq edən şəxs narkotiklə TUTULDU

Türkiyədə futbol komandasının prezidenti və 3 hakim HƏBS EDİLDİ – FOTO

Türkiyədə futbol komandasının prezidenti və 3 hakim HƏBS EDİLDİ – FOTO

Şahbaz Şərifin Rusiyaya səfəri planlaşdırılır

Şahbaz Şərifin Rusiyaya səfəri planlaşdırılır

Millimiz VI İslam Həmrəyliyi Oyunlarının QALİBİ OLDU - FOTO

Millimiz VI İslam Həmrəyliyi Oyunlarının QALİBİ OLDU - FOTO

Balakəndə it 83 yaşlı kişini parçalayaraq öldürdü - Əvvəl də hücum edibmiş - FOTO

Balakəndə it 83 yaşlı kişini parçalayaraq öldürdü - Əvvəl də hücum edibmiş - FOTO

Rusiyada 3 yaşlı uşaq liftin şaxtasına düşdü – VİDEO

Rusiyada 3 yaşlı uşaq liftin şaxtasına düşdü – VİDEO

Qubada DƏHŞƏT: Qadın qohumunu balta ilə vurdu

Qubada DƏHŞƏT: Qadın qohumunu balta ilə vurdu

Qorxu “TERAPİYASI” – Uşaqların bu vəziyyətdən həzz alması NORMALDIR?

Qorxu “TERAPİYASI” – Uşaqların bu vəziyyətdən həzz alması NORMALDIR?

Abubakar Kamerun millisinə çağırıldı

Abubakar Kamerun millisinə çağırıldı

"Maşını Röya alacaq" - VİDEO

"Maşını Röya alacaq" - VİDEO

Rəsmi London Bakıya təşəkkür etdi – FOTO

Rəsmi London Bakıya təşəkkür etdi – FOTO

Süni intellektdən işçilərə ŞOK ZƏRBƏ

Süni intellektdən işçilərə ŞOK ZƏRBƏ

Alimlər Yerə yaxınlaşan yadplanetli obyektdən ilk siqnalı tutublar

Alimlər Yerə yaxınlaşan yadplanetli obyektdən ilk siqnalı tutublar

İkinci Liqa: “Xankəndi” böyükhesablı qələbə qazandı

İkinci Liqa: “Xankəndi” böyükhesablı qələbə qazandı

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə bu üç abidədən biri ucaldılacaq – FOTO

Qazaxıstanda qəzaya uğrayan təyyarəmizə bu üç abidədən biri ucaldılacaq – FOTO

Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

Xəstəxanaya da niqabsız buraxmırlar... – Əfqanıstanda qadağalar SƏRTLƏŞDİRİLİR

Xəstəxanaya da niqabsız buraxmırlar... – Əfqanıstanda qadağalar SƏRTLƏŞDİRİLİR

Ağcaqanadları məhv etmək üçün dron hazırlandı – VİDEO

Ağcaqanadları məhv etmək üçün dron hazırlandı – VİDEO

Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü

Ərini və uşaqlarını atıb başqa kişi ilə qaçdı, oğlu tərəfindən öldürüldü

Qəzada həyatını itirən Şahbala Vətən müharibəsi iştirakçısı imiş... - FOTO

Qəzada həyatını itirən Şahbala Vətən müharibəsi iştirakçısı imiş... - FOTO

Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırıldı – VİDEO

Bakı–Qazax yolundakı sıxlıq aradan qaldırıldı – VİDEO

Gəncədə DƏHŞƏT – Ər arvadını başından bıçaqladı

Gəncədə DƏHŞƏT – Ər arvadını başından bıçaqladı

Cəlilabadda YOL QƏZASI – Xəsarət alanlar var

Cəlilabadda YOL QƏZASI – Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO