Dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat QƏBUL ETDİLƏR

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Vaşinqton Bəyannaməsinə dəstəklə bağlı birgə bəyanat qəbul ediblər.

Bizim.Media bəyanatı təqdim edir:

“Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənablarının “Konstitusiya və Suverenlik ili” elan etdiyi 2025-ci ildə - Böyük Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində Azərbaycan xalqına yaşatdığı misilsiz qürur və sevincə görə Azərbaycan din xadimlərinin və dindarlarının dərin minnətdarlığını ifadə etməkdən böyük şərəf duyuruq.

Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliləri İlham Əliyev cənabları beynəlxalq müstəvidə qələbəmizi bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. 2025-ci il avqustun 8-də ABŞ-nin Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilmiş Zirvə görüşünün nəticələrini tarixi əhəmiyyətli nailiyyət kimi qəbul edir, müzəffər öndərimizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq dəyərləndiririk.

Azərbaycan Prezidentinin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulu zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onların tarixi əhəmiyyətini müəyyən edir.

Ölkəmizə qarşı uzun illər ərzində qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən nümayişkəranə şəkildə ləğv edilməsi Azərbaycanın dövlət rəhbərinə olan ehtiram və etimadın təcəssümü, Prezident cənablarının şəxsində Azərbaycan dövlətinə edilən mühüm dəstək aktı oldu.
 

Bölgəmizdə yeni bir dövrün başlanğıcını qoyan Birgə Bəyannamə təkcə dövlətlərarası münasibətlərin normallaşmasının deyil, həm də sülhün, sabitliyin və firavanlığın bərqərar olunmasının rəsmi təsdiqidir. ATƏT-in Minsk Qrupu və onunla bağlı strukturların fəaliyyətinə son qoyulması münaqişə səhifəsinin qapandığını və beynəlxalq hüquqa əsaslanan yeni reallıqların qəbul edildiyini göstərir. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında maneəsiz bağlantının təmin olunması və Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin reallaşdırılması, heç şübhəsiz, regionun iqtisadi inkişafı və xalqların rifahı üçün yeni imkanlar açır.



Cənubi Qafqazda sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərpa edilməsi üçün dönüş nöqtəsi olan bu tarixi sənəd münaqişə səhifəsinin qapanmasını, revanşizm meyllərinin istisna olunmasını və sülh yolunu təmin etməklə gələcək nəsillər üçün parlaq imkanlar açır. Beləliklə, Azərbaycanın dövlət başçısı Azərbaycan xalqına dünya miqyaslı daha bir Zəfər bəxş etdi, qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına, suverenliyimizin ali məqamda təsdiqinə, ölkəmiz və bölgəmiz üçün yeni perspektivlərin açılmasına nail oldu.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və dindarlar Vaşinqton razılaşmalarını sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi kimi yüksək dəyərləndirir, bu yola öz dəstək və xeyir-dualarını verirlər. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən öndərimiz, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər liderimizin sülh və tərəqqi yönündə səy və əməllərinə, Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinə Ulu Rəbbimizdən rəvac diləyirik. Uca Yaradan xalqımızı, Vətənimizi, dövlətimizi və qalib dövlət rəhbərimizi qorusun! Amin!”.

Bəyanat Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurasının sentyabrın 24-də keçirilən iclasında qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

End of content

No more pages to load

RADİO