Bakıda avtomobillərin sayı REKORD HƏDDƏ – “Maşın bumu”nun sosial və ekoloji FƏSADLARI

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda 2025-ci ilin 1 yanvar tarixinə Azərbaycanda hər 100 ev təsərrüfatına düşən minik avtomobillərin sayı 65 ədəd olub.

Bu, 2024-cü illə müqayisədə 3 ədəd çoxdur və ölkə tarixində ən yüksək göstərici sayılır.

Qeyd edək ki, 2024-cü ildə bu rəqəm 62 ədəd idi. Son üç ildəki artım tempi isə 2012–2014-cü illərdəki artımla eyni səviyyədədir. Həmin dövrdə də illik artımlar 3–4 ədəd təşkil edirdi.

Rayon və şəhərlər üzrə bölgülərə nəzər yetirdikdə, paytaxt Bakı şəhərində hər ev təsərrüfatına təxminən bir avtomobil düşür. Cari il üçün bu göstərici 99 ədəd təşkil edir ki, bu da 2024-cü illə müqayisədə 2 avtomobil çoxdur.

Əlavə olaraq, ölkədə 1 milyon 494,82 min minik avtomobili mövcuddur ki, onun 588,16 mini Bakı şəhərinin payına düşür.

Bəs bunun hansı sosial və ekoloji fəsadları var?

Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu mənzərənin bir sıra sosial fəsadları ola bilər:

“Avtomobillərin sayı artdıqca tıxaclar yaranır ki, bu da insanların işə və ya məktəbə çatma vaxtını uzadır. Tıxaclar həm də ictimai nəqliyyatın səmərəliliyini aşağı sala bilər. Hər evdə avtomobil olduqda, xüsusilə köhnə məhəllələrdə və sıx yaşayış yerlərində park yeri tapmaq çətinləşir. Bu məsələ mənzil infrastrukturu ilə bağlı gərginlik doğura bilər.

Digər bir sosial problemsə avtomobilin saxlanılması xərclərinin ilbəil artmasıdır. Belə vəziyyət ailələr üçün əlavə xərc artımı ola bilər, xüsusilə yollarda tıxac olduğunda yanacaq sərfiyyatı artır. İnsanlar özlərinə məxsus avtomobillərə üstünlük verdikcə, ictimai nəqliyyata olan tələbat azalır. Bu isə xidmətin keyfiyyətinin və sərnişin haqqının qaldırılmasına səbəb ola bilər. Həmçinin hamının avtomobili varsa da, keyfiyyət, yaş, markaya görə fərqlər qalır. Gəlir az olan ailələr daha köhnə, ətraf mühiti daha çox çirkləndirən maşınlara üstünlük verirlər”.

Ekoloji fəsadlar
 

Müsahibimiz bildirib ki, avtomobillərin sayının çox olması, xüsusən köhnə model avtomobillərin emissiyaları, NOₓ, CO, CO₂ və digər zərərli qazların miqdarının artmasına gətirib çıxarır:


“Bu, astma, tənəffüs yolları xəstəlikləri və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Avtomobil sıxlığı nəinki hava, həm də səs çirkliliyini artırır, xüsusilə kiçik ərazilərdə, məktəb, xəstəxana yaxınlığında problem ola bilər. Avtomobillərin benzin və ya dizel ilə işləyənləri yanacaq sərfiyyatı səbəbindən daha çox CO₂ havaya buraxılır ki, bu da iqlim dəyişikliyi kontekstində neqativ haldır. Avtomobillərin səthləri, asfalt yollar, beton binalar istiliyi saxlayır və axşam-gecə temperaturu yüksək qalır. Avtomobillərin sayı artdıqca bu effekt güclənə bilər”.



QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

End of content

No more pages to load

RADİO