Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Bakıda kafedə çalışan iki qadının davası məhkəmədə yekunlaşıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə 2023-cü ilin yayında Ramana qəsəbəsində yerləşən “Bizim kafe” iaşə obyektində qeydə alınıb. 
 

Dava zamanı qadınlardan birinin başından ağır xəsarət (sağ gicgah sümüyünün sınığı) alması digərinə Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılmasına səbəb olub.


Araşdırmalar zamanı məlum olub ki, həmin kafedə ofisiant işləyən Zibeydə Kərimova (ad və soyadlar şərtidir) hadisə nəticəsində bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb. Pivə bakalı ilə onun baş və digər nahiyələrinə zərbələr endirən qadın isə 41 yaşlı Tovuz sakini Gültən Cuvarova olub.

O isə kafedə müğənni kimi fəaliyyət göstərib.

Qadınlar arasındakı davaya kafenin sahibi Ramazanla sevgili olmaları səbəb olub. Belə ki, Z.Kərimova kişinin onunla birgə olduğu müddətdə müğənni ilə də sevgili olmasını öyrənib.

Bundan sonra o, Gültənlə bir neçə dəfə telefonda dalaşaraq mübahisə edib. Hadisə baş verən gün isə Zibeydə gecə saat 00:30 radələrində kafeyə gəlib. O, orada Gültənə hücum edib və qadınlar arasında dava-dalaş başlayıb. Dalaşan qadınları kafenin sahibi Ramazan və onun atası çətinliklə ayırıblar. Hadisə yerinə gələn polis əməkdaşları onları şöbəyə aparıblar.
 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses sentyabrın 17-də başa çatıb. Məhkəmədə Gültən ona hücum edən qadına pivə bakalı ilə zərbələr endirmədiyini deyib və onun hansı şəraitdə xəsarət almasını bilmədiyini qeyd edib.


Qadın əlbəyaxa mühabisə zamanı dırnağının sındığını da əlavə edib. Əvvəlki ifadələrində şikayətçi olan zərərçəkmiş zərərçəkmiş tərəf də təqsirləndirilən şəxslə oxşar ifadə verib və ondan şikayətçi olmadığını vurğulayıb.

Maraqlı məqam ondan ibarətdir ki, ortada Zibeydənin baş nahiyəsindən xəsarət alması ilə bağlı ekspert rəyi var.

Zərərçəkmişin aldığı xəsarətin səbəblərinin araşdırılması üçün materiallar Suraxanı Rayon Prokurorluğuna göndərilib.

Məhkəmə işin hallarını nəzərə alaraq G.Cuvarovaya bəraət verib. Həmçinin onun üzərindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə etdi

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Trampdan sərt qərar

Trampdan sərt qərar

End of content

No more pages to load

RADİO