Türkiyənin məşhur kardioloqu və dietoloqu Canan Karatay sumağın istifadəsini gündəlik həyatda artırmağı tövsiyə edib.
Bizim.Media xəbər verir ki, Karatay bir yemək qaşığı sumağı isti suya qatıb içməklə bağırsaqlar və qaraciyər təmizləndiyini bildirib.
"Sumaq qatıq ilə birlikdə yeyildikdə və ya çayı hazırlanıb içildikdə təsiri daha da artır. Sumaq antioksidantlarla zəngindir, iltihabı azaldır, həzmi yaxşılaşdırır, qan şəkərini tənzimləyir və ürək-damar sağlamlığını qoruyur", - deyə dietoloq əlavə edib.
Həkim qeyd edib ki, sumaq həmçinin antibakterial və antifungal xüsusiyyətlərə malikdir, bəzən xərçəng hüceyrələrinin böyüməsini əngəlləyə bilər.
Lakin aşırı istehlakdan çəkinmək və mövcud xəstəliklərdə həkim məsləhəti almaq vacibdir. (milli.az)
Bizim.Media