"TikTok"a görə həbs olunan İlhamə Elşadqızına HÖKM OXUNDU

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Sənədlərin tədqiqi zamanı təqsirləndirilən şəxsin saxlanılması, evində aparılan axtarışı əks etdirən videogörüntülər nümayiş olunub.

Məhkəmə istintaqı yekunlaşıb. Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin dörd il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili cinayət işini əsassız adlandıraraq məhkəmədən müvəkkilinə bəraət verilməsini istəyib.

Təqsirləndirilən İlhamə Elşadqızı son sözündə ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib. Müşavirədən qayıdan məhkəmə tərkibi hökm oxuyub.

Hökmə əsasən, təqsirləndirilən şəxs üç il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
 

"TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.


İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda iştirakçı olub. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Ev quşlarının qiyməti artdı – VİDEO

Ev quşlarının qiyməti artdı – VİDEO

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Bu bina hər an yana bilər – VİDEO

Bu bina hər an yana bilər – VİDEO

Qanda şəkəri salan ədviyyatlı içki

Qanda şəkəri salan ədviyyatlı içki

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

"Uzak şehir"də dəyişiklik

"Uzak şehir"də dəyişiklik

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

2025-ci ilin ən populyar körpə adları

2025-ci ilin ən populyar körpə adları

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Belçikada “Doel” atom elektrik stansiyası üzərində dronlar müşahidə EDİLDİ

Belçikada “Doel” atom elektrik stansiyası üzərində dronlar müşahidə EDİLDİ

Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı – VİDEO

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı – VİDEO

End of content

No more pages to load

RADİO