Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi - Cinayətin TƏFƏRRÜATI

Bakıda sərxoş kişi sevgilisinin xəstə olduğunu bəhanə edib onun əmisinin evinə basqın edib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Abşeron rayonu, Fatmayi qəsəbəsində baş verib. 

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1982-ci il təvəllüdlü Aftandil Ağayev Bakıda Gövhər adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətində yaşayır.

Bir müddət əvvəl Gövhər ağır xəstəliyə tutulur və Aftandil onu müalicə etdirmək üçün maddi cəhətdən çətinlik çəkir. O, Gövhərin atasına müalicə üçün müraciət etsə də, xeyri olmur.
 

Bir gün Aftandil eşidir ki, İlqar Qəhrəmanov Bakı şəhərində olan obyektini 40 min manata satıb. Məlum olur ki, İ.Qəhrəmanov obyektin pulunu qardaşı Əsədə saxlamaq üçün verib. Aftandil həmin pulu oğurlamaq üçün plan qurur. O, bu məqsədlə dostu Elsevər Allahverdiyevlə məsləhətləşir və İlqarın qardaşı Əsədin evinə basqın etmək qərarına gəlirlər.


Dostlar bunun üçün qara maska, qara əlcək və bıçaqla silahlanaraq, gecə saat 1 radələrində Əsəd Qəhrəmanovun Fatmayi qəsəbəsindəki ikimərtəbəli evinə yollanırlar. Onlar evdə heç kimin olmadığını düşünərək, ikinci mərtəbənin pəncərəsindəki toru çıxararaq evə daxil olurlar.

Qəfil evin zalında Əsəd Qəhrəmanovun həyat yoldaşını uzanmış vəziyyətdə görürlər və onu zərərsizləşdirmək istəyirlər.

Aftandil qadının ağzını tutaraq, bıçağı onun boğazına söykəyib pul və qızılların yerini soruşur.

Qadın qışqırmağa cəhd etsə də, ona imkan vermirlər. Aftandil qadını ağzıbağlı vəziyyətdə sürüyüb mətbəxə keçirmək istəyərkən, digər otaqdan onun azyaşlı nəvəsi qarşılarına çıxır.

Azyaşlı oğlan nənəsini kiminsə tutduğunu görüb qışqırır. Bu vaxt hər iki şəxs qadını buraxıb, özlərini ikinci mərtəbənin pəncərəsindən atırlar. Hadisə nəticəsində Aftandil həyətdəki dəmir manqalın üzərinə düşür, ayaq və bədəninin müxtəlif hissələrindən xəsarət alır. Lakin onlar müxtəlif xəsarətlərə baxmayaraq, həyətdən qaça bilirlər.

Hadisə barədə ailə polisə məlumat verir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs müəyyən edilir və saxlanılır.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il azadlıqdan məhrum edilir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Ev quşlarının qiyməti artdı – VİDEO

Ev quşlarının qiyməti artdı – VİDEO

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Bu bina hər an yana bilər – VİDEO

Bu bina hər an yana bilər – VİDEO

Qanda şəkəri salan ədviyyatlı içki

Qanda şəkəri salan ədviyyatlı içki

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

"Uzak şehir"də dəyişiklik

"Uzak şehir"də dəyişiklik

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

2025-ci ilin ən populyar körpə adları

2025-ci ilin ən populyar körpə adları

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Saat 18:00-dan sonra yemək ziyandır? - Açıqlama

Belçikada “Doel” atom elektrik stansiyası üzərində dronlar müşahidə EDİLDİ

Belçikada “Doel” atom elektrik stansiyası üzərində dronlar müşahidə EDİLDİ

Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Azərbaycan ağırlıqaldıranı İslam Oyunlarını 3 medalla başa vurdu

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı – VİDEO

Ağ Evdə Tramp və Əl Şaraa arasında görüş başladı – VİDEO

“Flora xanım dedi ki, ölümün nəfəsini hiss edirəm” - VİDEO

“Flora xanım dedi ki, ölümün nəfəsini hiss edirəm” - VİDEO

End of content

No more pages to load

RADİO