Xəbər verdiyimiz kimi Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib.
1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Bizim.Media xəbər verir ki, silahlı qüvvələrin ehtiyatda olan giziri Səyyaf Əhmədovun meyiti ANAMA əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media