Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 23-də davam etdirilib.

Bizim.Media "trend.az"a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İfadə verən zərərçəkmiş şəxs Məmmədtağı Kərimov Kəlbəcərdə düşmənin təxribatı nəticəsində yaralandığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı bir neçə nəfərin həlak olduğunu və daha bir neçə nəfərin yaralandığını deyib.

Zərərçəkmiş Ceyhun Məmmədli Kəlbəcərdə yaralıların təxliyəsi zamanı düşmənin açdığı atəşlər nəticəsində yaralandığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında sanitar avtomobilin üzərində fərqlənmə nişanının olduğunu, buna baxmayaraq atəşə tutulduqlarını bildirib. Hadisə zamanı yanında olmuş digər şəxslər də yaralanıb.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Nemət Abdullayev Xankəndidə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandığını bildirib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Bəxtiyar Səmədli isə Xankəndidə düşmənin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib.

Ağahüseyn Hacıyev Xankəndidə düşmənin açdığı atəş nəticəsində özünün, Tərlan Cabbarovun və Sadiq Qasımlının yaralandığını bildirib.

Məhəmməd Hüseynov ifadəsində Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində xəsarət aldığını bildirib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı Vaqif Salmanovun və Əli Mustafayevin də yaralandıqlarını deyib.

Fərid İmaməliyev ifadəsində Xocavənd rayonu istiqamətində düşmən atəşi nəticəsində xəsarət aldığını bildirib. Əlavə edib ki, hadisə zamanı yanında Əvəz Abbasov həlak olub, bir neçə nəfər isə yaralanıb.

Çingiz Paşayev ifadəsində Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını söyləyib.

İlyas Mehdiyev Xocavənddə düşmənin təxribatı nəticəsində yaralandığını bildirib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ramal Rüstəmov Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində xəsarət aldığını deyib.

İfadə verən Nəcəfəli Mövsümov Xocalı, Ramiz Süleymanov və Şahin Cəbiyev Xankəndi istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.

Ceyhun Həsənov Laçında qarşı tərəfdən açılan atəş nəticəsində yaralandığını bildirib.
İfadə verən Hüseyn Axundov, Seymur Əliyev və Elvin Əhmədov düşmən təxribatı nəticəsində Ağdərə istiqamətində xəsarət aldıqlarını deyiblər.

Musa Orucov ifadəsində Xankəndi istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.

Tural Quliyev Ağdamda düşmən təxribatı nəticəsində yaralandığını bildirib.

Mahirəddin Namazov Xocavənddə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib. Hadisə zamanı bir neçə nəfər həlak olub, bir neçə şəxs isə müxtəlif xəsarətlər alıb.

Sənan Fərzəliyev Laçında idarə etdiyi avtomobilin qarşı tərəfin atəşi nəticəsində xəsarət aldığını deyib. Hadisə zamanı yaxınlığında olan bir neçə nəfər isə yaralanıb.

Murad Hacıyev Laçın rayonu ərazisində olan zaman düşmənin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Yaqubəli Səfərov Xankəndi istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını söyləyib. Hadisə zamanı yaxınlıqda olan bir nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb.

Cavanşir Xəlilov bildirib ki, Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində özü və yanında olan bir neçə nəfər yaralanıb. Nemət Nuri Ağdam-Ağdərə istiqamətində düşmənin açdığı atəşlər nəticəsində yaralandığını deyib.

Fərhin Teymurov, Rüstəm Əliyev, Həsən Əliyev, Azər Qazaxov, Şükür Camalov, Cəfər Məlikov, Tural Xəlilov, Hüseyn Mehdizadə, Kamal Musayev, Səbuhi Əliyev, Seymur İbrahimov, Ramiz Nəzərov, Ülfət Alıyev, İmran Mürsəlov, Rəşad İsmayılov, Vüqar Abbasov və Kamran Kazımov ifadələrində suveren ərazilərimizin müxtəlif istiqamətlərində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Toğrul Hümbətzadə Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib. Əlavə edib ki, hadisə zamanı ondan başqa daha bir neçə nəfər xəsarət alıb.

Əfqan Zeynalov Ağdam, Hüseyn Əmirov və Sənan Rzayev Ağdərə istiqamətində düşmən təxribatı nəticəsində yaralandıqlarını söyləyiblər.

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.






























Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

“ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı yeni rüsumlar tətbiq etməyə hazırdır” - Tramp

1509 taksi sürücüsü İMTAHAN VERDİ

1509 taksi sürücüsü İMTAHAN VERDİ

Ağdamda mina partladı, keçmiş döyüşçü "Gizir Xanı" həlak oldu - FOTO

Ağdamda mina partladı, keçmiş döyüşçü "Gizir Xanı" həlak oldu - FOTO

İsmayıllıda AĞIR QƏZA: Ölən var

İsmayıllıda AĞIR QƏZA: Ölən var

"Hörmət" pulu ilə fond yaratmışıq - Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

"Hörmət" pulu ilə fond yaratmışıq - Narkoloji Mərkəzin sabiq direktorundan ŞOK ETİRAFLAR

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəldilər - FOTO/VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahına gəldilər - FOTO/VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

Tramp BMT Baş Assambleyasında çıxış edərkən ŞİKAYƏTLƏNDİ - VİDEO

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

AIIF-2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər İMZALANDI - FOTO

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Quterreş: “Daha əvvəl Qəzzadakına bənzər bir şiddət görməmişəm”

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Medianın İnkişafı Agentliyində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüş keçirildi

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Dünyanın ən dəyərli futbol brendi BƏLLİ OLDU

Eldost Bayram ürək əməliyyatı olundu

Eldost Bayram ürək əməliyyatı olundu

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlərin ifadələri dinlənildi - FOTO

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Rusiyanın daha 2 təyyarəsi vuruldu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

Peyğəmbərin hədisinə lağ edən aparıcı və qonaq HƏBS olundu

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

BMT-nin Baş katibi İlham Əliyevi belə qarşıladı – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

Qəzalı körpü hər gün yüzlərlə insanın həyatını RİSKƏ atır – Qəbələ İcra Hakimiyyəti niyə SUSUR? – VİDEO

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

“Zirə”nin legioneri bir ay OYNAYA BİLMƏYƏCƏK

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

13 yaşlı oğlan təyyarənin şassisində gizləndi - Möcüzə nəticəsində sağ qaldı – VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahında – VİDEO

Prezident və birinci xanım BMT-nin mənzil qərargahında – VİDEO

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Neandertallar ölülərini necə dəfn edirdilər: İndi heç ağlınıza da gəlməz

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Rusiya Zaporojyeyə zərbələr endirdi – Ölən və yaralılar var- VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

Toylarda xonça dəbdəbəsi - Ənənə, yoxsa boş yerə xərc? – VİDEO

End of content

No more pages to load

RADİO