Nəqliyyatda gediş haqqı artacaq? - Differensial qiymət...

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026-cı ildən avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni model tətbiq olunacaq. Beynəlxalq təcrübədə “brutto müqavilə” adlanan bu sistem 2028-ci ilə qədər tam şəkildə tətbiq ediləcək.

Fərmana əsasən, dövlət büdcəsində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılacaq. Fondun əsas gəlir mənbələri benzin, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi, 2027-ci ildən Bakının bəzi ərazilərinə avtomobil girişinə görə ödəniləcək haqqdan formalaşacaq. Vəsaitlərdən daşıyıcıların xərclərinin kompensasiyası və marşrut şəbəkəsinin dayanıqlı işləməsi üçün subsidiya veriləcək.

İctimai nəqliyyatda, həmçinin differensial qiymət sisteminin tətbiq edilməsi gözlənilir.

Differensial qiymətlərin tətbiqi zamanı ictimai nəqliyyatda müəyyən qiymət artımlarının olub-olmayacağı diqqətçəkən məqamlardandır.

Bizim.Media xəbər verir ki, Modern.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, differensial qiymətlər tətbiq olunarkən gediş haqqlarında müəyyən qədər artım və azalma ola bilər:

“İctimai nəqliyyatda qiymət artımı haqda qərarı müvafiq nazirlik verir. İndidən ictimai nəqliyyatda qiymət artımının olub-olmayacağını demək olmaz. Differensial qiymətlər tətbiq olunarkən ictimai nəqliyyatda gediş haqqları müəyyən qədər arta və azala bilər. Bu təcrübədə özünü göstərib.

Məsələn Azərbaycan Dəmir Yolları differensial qiymət tətbiqinə başladı və burada qiymətlər standart olaraq 1 manat idisə, indi bəzi istiqamələrdə ödəniş 1 manatdan çox, bəzi istiqamətlərdə 1 manat yox, məsələn 40 qəpik ödəyir.

Yəni, bunun müsbət tərəfləri var ki, onu da dəyərləndirmək lazımdır. Dünyanın bir sıra ölkələrində bu praktikadan istifadə olunur və yaxşı da nəticə hasil olur. Ona görə ki, insanlar getdikləri məsafənin pulunu ödəyirlər, artıq ödəniş etmirlər. Bu baxımdan differensial qiymət siyasəti müsbət qiymətləndirilməlidir”.

Ekspert vurğulayııb ki, prosesin həyata keçməsi üçün müəyyən sistem qurulmalıdır:

“Ödənişin nağdsız, elektron qaydada həyata keçirilməsinə ehtiyac var. Hələlik avtobuslarda bunu tətbiq etmək mümkün deyil. Avtobusların bir çoxu köhnədir, orada variator quraşdırma mümkün deyil. Nağdsız ödənişə keçid mümkün deyil. Bu baxımdan mən hesab edirəm ki, avtobus parkı tam yeniləndikdən sonra məsələyə baxılacaq. Elə olmalıdır ki, avtobusların hamısı differensial qiymət tətbiqinə gedə bilsin. Burada güzəştlər məsələsi öz əksini tapmalıdır ki, təqaüdçülər, tələbələr, gələcəkdə başqa kateqoriyadan olan insanlar bundan faydalana bilsinlər”.

E.Muradlı qeyd edib ki, gediş haqqında yeni paketlər olsa, daha fərqli qiymətlər ortaya çıxacaq:

“Aylıq, həftəlik və illik paketlər tətbiq olunsa, bu daha faydalı olacaq. Yəni qiymət aşağı düşəcək. Məsafə ilə bağlı qiymətlərin tətbiqi zamanı çətinlik ola bilərmi? Bu sualın cavabı tapılmalı, narahatlıq doğuran məsələlər varsa, mütləq aradan qaldırılmalıdır. Maraqlı tərəfi odur ki, siz ictimai nəqliyyatda vahid ödəniş sistemindən yararlana biləcəksiniz. Siz Binədə avtobusa minib Koroğlu metrosunun üzərindəki habda düşüb metroya minirsiniz, artıq metroda ödəniş etməyə ehtiyac qalmır. Yəni qiymət siyasətində bu cür mexanizmlər insanları ictimai nəqliyyatdan istifadəyə daha çox həvəsləndirir.

Bu çox yaxşı yanaşmadır. Yəni bir ödənişlə bir neçə nəqliyyat növündən faydalana bilirsiniz. Onun da qüvvədə olma müddəti olur. Məsələn 1 saat ərzində iki avtobus dəyişib, hələ metroya da minirsiniz, heç bir ödəniş etmirsiniz. Bu sistem elə mükəmməl qurulmalıdır ki, hamısı bir-birilə əlaqəli olsun. Buna da biraz vaxt lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

End of content

No more pages to load

RADİO