Oğuz rayonunda 64 yaşlı qadın ehtiyatsızlıqdan ölüb.
Bizim. Media xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Bacısının evində yaşayan 1966-cı il təvəllüdlü Qənirə Məhəmməd qızı Musayeva səhvən sirkə turşusu içib.
Qadın ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. (Oxu.az)
Bizim. Media