Emin Hüseynov: "Azad olunmuş ərazilərdə yaşayan və işləyənlərin sayı 50 minə çatıb"

“Biz işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə başladıqda haradan başlamaq, necə davam etdirmək kimi məsələrlə bağlı hazır bir yol xəritəsi yox idi. Bu isə böyük qeyri-müəyyənlik və çətinliklər yaradırdı”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, son beş ildə Azərbaycan bu prosesdə bir növ özünü kəşf etmə mərhələsini keçib:

“Ən önəmli dərslərdən biri isə odur ki, biz yeni bacarıq qazandıq – tamamilə dağıdılmış, uzun müddət məhv edilmiş yaşayış mühitini necə bərpa etməyi öyrəndik. Bunu həm səmərəli, həm effektiv, həm də dayanıqlılığı təmin edəcək formada etdik.

Əlbəttə, biz müxtəlif beynəlxalq təcrübələrə, ən yaxşı praktik nümunələrə baxdıq. Amma başa düşdük ki, Azərbaycana hazır şəkildə tətbiq oluna biləcək tək bir model yoxdur. Deməli, biz öz yanaşmamızı, öz bərpa modelimizi yaratmalı idik. Məhz cənab Prezidentin başladığı yol budur – 5 mərhələdən ibarət konkret bir yol xəritəsi”.

O birinci mərhələnin planlaşdırma olduğunu bildirib:

“Planlaşdırmaya mümkün qədər çox vaxt sərf etdik. Çünki düzgün planlama uğurlu icranın açarıdır. Nə qədər düşünülmüş plan olsa, prosesdə dayanma və səhvlər də bir o qədər az olar.
 

İkinci mərhələ minalardan təmizləmə idi. Azad olunmuş ərazilərdə qarşılaşdığımız ən böyük problemlərdən biri budur. Minalardan təmizləmə irəlilədikcə, üçüncü mərhələ, yəni əsas infrastrukturun qurulması başladı. Daha sonra sosial-iqtisadi infrastruktur yaradıldı. Nəhayət, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesi başladı.


Bu 5 mərhələli yanaşma olduqca vacibdir. Son 5 ildə biz böyük irəliləyiş əldə etmişik. Proses davam edir, amma artıq 50 minə yaxın insan azad olunmuş ərazilərdə yaşayır və işləyir. Yeni şəhərlər, kəndlər, məhəllələr, yaşayış məntəqələri salınır, iqtisadi fəaliyyət canlanır, tələbələr təhsil almağa qayıdır. Bir sözlə, Qarabağa və Şərqi Zəngəzura həyat qayıdır”. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

End of content

No more pages to load

RADİO