Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda azərbaycanlı alimin adını daşıyan auditoriya açıldı – FOTO

Özbəkistanda Azərbaycan elminin görkəmli nümayəndəsi, professor Şaqibə Əhmədovanın 100 illik yubileyi münasibətilə Səmərqənd Dövlət İqtisad və Servis İnstitutunda onun adını daşıyan Azərbaycanşünaslıq auditoriyası istifadəyə verilib. Auditoriyanın yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə məxsusdur.

Bizim.Media xəbər verir ki, tədbir institutun prorektoru, dosent Azizcan Berdumuradovun çıxışı ilə açılıb. O, yeni auditoriyanın institutun tarixində mühüm hadisə olduğunu vurğulayaraq, bu addımın Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirib.

Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev tədbirdə çıxış edərək Azərbaycan–Özbəkistan münasibətlərinin inkişaf yoluna diqqət çəkib. O bildirib ki, müstəqillik illərində formalaşmış bu əlaqələr qarşılıqlı etimad və səmimiyyət prinsipləri üzərində qurulmuş, xüsusilə son illərdə hər iki dövlət başçısının siyasi iradəsi və uzaqgörənliyi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
 

Diplomat vurğulayıb ki, Azərbaycan ilə Özbəkistan təkcə siyasi və iqtisadi sahələrdə deyil, mədəniyyət, elm, təhsil və humanitar əməkdaşlıq müstəvisində də genişmiqyaslı layihələr həyata keçirir. Bu istiqamətdə universitetlərarası münasibətlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edən səfir, Səmərqənd Dövlət İqtisad və Servis İnstititunda Azərbaycanşünaslıq auditoriyasının yaradılmasını iki xalq arasında elmi və mədəni inteqrasiyanın bariz nümunəsi kimi dəyərləndirib.


H.Quliyev çıxışında tarixi köklərə də nəzər salaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları əsrlər boyu ortaq mədəniyyət, ədəbiyyat və dini-mənəvi dəyərlərlə bir-birinə bağlı olmuş, çətin zamanlarda bir-birinin yanında dayanmışdır. O, xüsusilə ümummilli lider Heydər Əliyevin özbək xalqına olan münasibətindən, onun təşəbbüslərinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsindəki rolundan danışıb.

Səfir, azərbaycanlı alim və ziyalıların Özbəkistanın ictimai-siyasi, elmi və mədəni həyatında oynadığı rolu yüksək qiymətləndirərək, professor Şaqibə Əhmədovanın da bu silsilədə seçilən görkəmli simalardan biri olduğunu qeyd edib. Onun Səmərqəndin elmi mühitində və ictimai həyatında mühüm xidmətlər göstərdiyini vurğulayan H.Quliyev, Əhmədovanın adının institut auditoriyasına verilməsini həm xatirəyə ehtiram nümunəsi, həm də gələcək nəsillər üçün ilham mənbəyi adlandırıb.
 

Professor Əhmədovanın qızı, Sevinc Məmmədova, tədbirdə çıxış edərək anasının elmi və ictimai fəaliyyətindən, Səmərqəndlə bağlı şəxsi xatirələrindən söz açıb. O, anasının adının əbədiləşdirilməsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan səfirliyinə, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə və institut rəhbərliyinə minnətdarlığını bildirib.

 

Sonrakı çıxışlarda dosent Gülcamal Həsənova, Şaqibə xanımın tələbələri professor Nurmahmetov Ruzbayev, dosent Fəridə Əhmədcanova, həmçinin Qızıl Aypara Cəmiyyətinin Səmərqənd vilayəti üzrə sədri Heydər Xolov, ictimai xadim Seyid Rza Əlizadənin nəvəsi Fərhad Əlizadə və digər iştirakçılar Şaqibə Əhmədovanın pedaqoji və insani keyfiyyətlərindən bəhs ediblər. Onlar onun elmə, təhsilə və ictimai həyata verdiyi töhfələri yüksək dəyərləndiriblər.
Tədbirin bədii hissəsində yerli azərbaycanlı sənətçilər milli musiqilərimizi və muğamlarımızı ifa ediblər.


Yeni yaradılmış Azərbaycanşünaslıq auditoriyası yalnız professor Şaqibə Əhmədovanın xatirəsini əbədiləşdirməklə kifayətlənmir, həm də Azərbaycan mədəniyyətinin və tarixinin təbliği üçün mühüm mərkəz kimi fəaliyyət göstərəcək. Auditoriyada Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə dair nəşrlər, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş kitablar, milli atributlarımız, incəsənət xadimlərimizin portretləri və müxtəlif mədəniyyət nümunələri sərgilənir.

Burada Azərbaycan dili dərslərinin təşkili, seminarlar və elmi-mədəni tədbirlərin keçirilməsi nəzərdə tutulur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

Bu marşrutların hərəkətində ləngimələr yarana bilər – XƏBƏRDARLIQ

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

İran münaqişənin başlanğıcından bəri vurulan PUA-ların sayını AÇIQLADI

End of content

No more pages to load

RADİO