Bu restoranın sahibi 8 sutkalıq həbs edildi

Bakı-Qazax magistral yolunun Goranboy rayonundan keçən hissəsində yerləşən “Pirzola” restoranının sahibi həbs edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, sentyabrın 1-də restoranın yerləşdiyi əraziyə baxış keçirilib.

Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşları obyekt sahibi 42 yaşlı Azər Əliyevə inşa etdirdiyi tikilinin magistral yolun ətrafının görünüşünü pozmasını izah ediblər. Onun restorandan xeyli aralıda – magistral yolun kənarında tikdirdiyi köşkün qanunsuz olduğu bildirilərək akt tərtib edilib.

Aparılmış profilaktiki söhbətlərə baxmayaraq, restoran sahibi qardaşının vəkil olduğunu, köşk ətrafında tikinti işlərini dayandırmayacağını, icazə sənədlərinin olmasını və ona heç kimin təsir edə bilmədiyini bildirib.

Bundan 3 həftə sonra icra hakimiyyəti əməkdaşları yenidən həmin yerə gəldikdə qanunsuz köşkün orada olduğunu görüblər və Azərə onun qanunsuz yerləşdirilməsini izah edərək köşkü götürməsini tələb ediblər. Lakin sahibkar yenidən tələbə məhəl qoymayaraq köşkü götürməyəcəyini bildirib. O, səs-küy salaraq müqavimət göstərib.

Polis tərəfindən saxlanılan iş adamı barəsində inzibati protokol tərtib edilib və Goranboy Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə Azər Əliyev Goranboy rayon Nizami kəndi ərazisində “Pirzola” adlı restoran işlətdiyini, həmin obyektin magistral yoldan təxminən 20-30 metr kənarda yerləşdiyini deyib:

“Orada restoran olduğunu yoldan keçənlərə göstərmək, yəni reklam etmək niyyəti ilə magistral yolun kənarına köşk qoymuşam. Həmin köşkün ora qoyulması ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən heç bir rəsmi sənədim yoxdur. Mənə köşkü götürməklə bağlı xəbərdarlıq edilmişdi, lakin onu götürmək istəmədiyimi bildirmişdim. Xəbərdarlıqlara əhəmiyyət verməyərək tikinti işlərini davam etdirmişəm”.

Məhkəmənin qərarı ilə sahibkara 8 sutkalıq inzibati həbs verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən həftədə təmizlənən minaların SAYI...

Ötən həftədə təmizlənən minaların SAYI...

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

ABŞ-la İran arasında atəşkəs planı hazırlandı - DETALLAR

Mixeil Kavelaşvilidən İlham Əliyevin səfəri ilə bağlı PAYLAŞIM - FOTO

Mixeil Kavelaşvilidən İlham Əliyevin səfəri ilə bağlı PAYLAŞIM - FOTO

End of content

No more pages to load

RADİO