DTX-nin dövlətə xəyanətə görə saxladığı cinayətkar qrup üzvlərinin məhkəməsi BAŞLADI

Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma yaratmaqda, dövlətə xəyanət etməkdə təqsirləndirilən Fəxrəddin Şahmurov və Calal Muradovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media “Apa.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Fəxrəddin Şahmurovun orta təhsilini Azərbaycan dilində almasına baxmayaraq, ona ləzgi dilində də tərcüməçi təqdim olunub.

Daha sonra Calal Muradovun vəkili vəsatət verərək müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş edib. Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib.

Fəxrəddin Şahmurovun vəkili isə işin ibtidai istintaqı aparan orqana qaytarılmasını xahiş edib. O, buna əsas olaraq ibtidai istintaq dövründə müdafiə etdiyi şəxsin ləzgi dilindən tərcüməçi ilə təmin olunmamasını göstərib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin sübutlar siyahısında olan "Dağıstan" adlı şeiri Azərbaycan dilində səlist yaza biləcək qədər dili bildiyini və prosesdə danışılanları anladığını əsas gətirərək vəsatətin təmin edilməməsini təklif edib. Vəsatətlər təmin edilməyib.

Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib və baxış iclası oktyabrın 6-na təyin edilib. Sonrakı proseslər qapalı keçiriləcək.

Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri ilə Azərbaycan Respublikasının vətəndaşları - 1984-cü il təvəllüdlü Şahmurov Fəxrəddin Hacı oğlu, 1960-cı il təvəllüdlü Muradov Calal Murac oğlu və digərlərinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun əsasları əleyhinə ağır və xüsusilə ağır cinayət əməlləri törətmək məqsədilə sövdələşib cinayətkar birlik yaratmaları, respublika ərazisində gizli görüşlər və sosial şəbəkələrdə müxtəlif qapalı qruplar təşkil edərək dövlət təsisatlarına qarşı təxribat əməlləri törətmələrinə hazırlıq görmələri təsbit edilib.

Müəyyənləşdirilib ki, xarici ölkə vətəndaşının da iştirakı ilə təşkil olunmuş gizli toplantıda cinayətkar birliyin bayrağının hazırlandığı bəyan edilərək, birliyin məqsədləri naminə törədiləcək cinayətlərin plan və şərtlərinin işlənib hazırlanmasına rəhbərlik etmək üçün Fəxrəddin Şahmurova təqdim edilib.
 

Fəxrəddin Şahmurov cinayət qruplaşmasının digər üzvləri ilə birlikdə mütəşəkkil dəstə halında ölkənin müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyinə ziyan vurmaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən gömrük postunu ələ keçirmək, cinayətkar birliyin tələblərini irəli sürmək üçün orada xidmət aparan əməkdaşları və digər şəxsləri girov götürmək barədə təxribat planı hazırlayıb, lakin görülmüş tədbirlərlə mütəşəkkil dəstənin qanunsuz əməllərinin qarşısı alınıb.


DTX tərəfindən Fəxrəddin Şahmurova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.215.3 (adamları girov götürməyə hazırlıq), 218.1 (cinayət birlik (təşkilat) yaratma), 274-cü (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), 281-1.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributu nümayiş etdirmək məqsədilə saxlama və daşıma), 28, 282.2-ci (mütəşəkkil dəstə tərəfindən təxribata hazırlıq), Calal Muradova isə AR Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə (təşkilatda) iştirak etmə), 281.2-ci (bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri yekun ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

SEPAH 3-cü türk gəmisinin Hörmüz boğazından keçməsinə icazə VERDİ

Rusiya Odessaya zərbə endirdi: Ölənlər və geniş dağıntılar var – VİDEO

Rusiya Odessaya zərbə endirdi: Ölənlər və geniş dağıntılar var – VİDEO

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

Ötən həftədə təmizlənən minaların SAYI...

Ötən həftədə təmizlənən minaların SAYI...

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

End of content

No more pages to load

RADİO