Yanvarın 1-dən qaydalar dəyişir - Avtobus sürücüləri sərnişinə görə yarışmayacaq

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026-cı ildən avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni model tətbiq olunacaq. Beynəlxalq təcrübədə “brutto müqavilə” adlanan bu sistem 2028-ci ilə qədər tam şəkildə tətbiq ediləcək.

Fərmana əsasən, dövlət büdcəsində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılacaq. Fondun əsas gəlir mənbələri benzin, dizel yanacağı və maye qazın hər litrinə görə yol vergisinin müəyyən hissəsi, 2027-ci ildən Bakının bəzi ərazilərinə avtomobil girişinə görə ödəniləcək haqqdan formalaşacaq. Vəsaitlərdən daşıyıcıların xərclərinin kompensasiyası və marşrut şəbəkəsinin dayanıqlı işləməsi üçün subsidiya veriləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin sözlərinə görə, hazırkı biznes modeli daşıyıcıların maliyyə imkanlarını məhdudlaşdırır və avtobus parkını yeniləməyə imkan vermir.

Onun sözlərinə görə, yeni yanaşma ilə gediş haqqı birbaşa daşıyıcılara deyil, mərkəzləşdirilmiş hesaba yönləndiriləcək: 

“Daşıyıcıya xidmətin dəyəri hesablanacaq, sərnişinlərin ödədiyi vəsait həmin xərci qarşılamasa, fərq dövlət subsidiyası ilə ödəniləcək. Bu, avtobus parkının yenilənməsinə və qrafiklərin ciddi şəkildə qorunmasına imkan verəcək”.

Anar Rzayev, həmçinin bildirib ki, Bakı və Abşeron ərazisində avtobus şəbəkəsi yenidən işlənib. Mövcud vəziyyətə görə şəhər əhalisinin 17 faizi avtobus şəbəkəsinə çıxış imkanı əldə edə bilmir. Yeni model bu problemi də aradan qaldırmağa yönəlib.

AYNA sədri vurğulayıb ki, marşrutların fəaliyyəti çox hallarda gecə yarısına qədər davam edəcək. Sosial qruplar üçün güzəştli gediş haqqı mexanizmlərinin tətbiqi də gündəmdədir, amma bu yalnız bütün avtobusların vahid nağdsız ödəniş sisteminə keçidindən sonra mümkün olacaq.

Bizim.Media xəbər verir ki, Modern.az-a açıqlama verən hüquqşünas və nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, yeni mexanizm sürücü rəqabətini aradan qaldıracaq:

“Hazırda avtobus sürücüləri sərnişin uğrunda yarışır.

Yeni modeldə isə daşıyıcı sərnişin sayına görə deyil, məsafəyə görə ödəniş alacaq. Bu, avtobusların qrafikə uyğun hərəkətini təmin edəcək, dayanacaqlarda süni gözləmələri aradan qaldıracaq”.

Ekspertin sözlərinə görə, subsidiya yalnız müasir tələblərə cavab verən - sıxılmış qaz, elektrik mühərrikli, Gəncədə isə 2025-ci ildən sonra istehsal olunan dizel avtobuslarına veriləcək. “Bu yanaşma sürücülərin əmək şəraitini yaxşılaşdıracaq, avtobus parkının yenilənməsini sürətləndirəcək və nəticədə sərnişinlər daha rahat, təhlükəsiz nəqliyyatdan istifadə edəcəklər,” - deyə Ərşad Hüseynov əlavə edib.

Yeni sistemlə ödənişlər yalnız elektron formada həyata keçiriləcək. “Tarif menyusu” modeli, yəni aylıq və illik paketlər, bir neçə marşrut üzrə vahid biletlərin tətbiqi də gündəmdədir.

Ərşad Hüseynov söyləyib ki, ictimai nəqliyyat sırf kommersiya məqsədli bir fəaliyyət deyil. Bu, sosial əhəmiyyət daşıyan bir sahədir və hər kəs üçün əlçatan olmalıdır. Əlçatanlıq isə sərfəli gedişhaqqı, dayanıqlı və keyfiyyətli xidmət deməkdir.

”İndiyə qədər biz bu sistemin effektiv fəaliyyətini görə bilmirdik. Çünki əsas maliyyələşmə mənbəyi məhz sərnişinlərdən toplanan gedişhaqqı idi. Bu səbəbdən də daşıyıcılar sərnişin uğrunda mübarizə aparır, yeni avtobusların alınmasında çətinliklər yaşayırdılar. Ancaq dövlət dəstəyi ilə bu problemlərin həlli real və mümkün olacaqdır. Yeni sistemin əsas mahiyyəti ondan ibarətdir ki, yanacağın üzərində olan yol vergisinin bir hissəsi ictimai nəqliyyat fonduna yönəldiləcək”, - deyə ekspert əlavə edib:

2027-ci ildən sonra Bakı şəhərinin bəzi zonalarına avtomobil girişinin ödənişli olması planlaşdırılır.

Ekspert qeyd edib ki, bu məsələ hələ tam dəqiqləşdirilməyib: “Dünyanın müxtəlif ölkələrində mərkəzi hissələrə avtomobil girişini qadağan edən modellər sınaqdan keçirilib, lakin bu cür sərt tədbirlər çox zaman effektiv olmayıb. Çünki belə qadağaları keçmək üçün qeyri-adi üsullara əl atılırdı. Ən uğurlu beynəlxalq təcrübə odur ki, bu zonalara giriş ödənişli olur. 

Lakin bu zaman həmin ərazilərdə ideal ictimai nəqliyyat və mikromobillik (velosiped yolları, skuter yolları və s.) şəraiti yaradılır. Beləliklə, vətəndaş öz şəxsi avtomobili ilə gəlməkdənsə, alternativ nəqliyyatdan istifadə etməyi daha məqsədəuyğun hesab edir. Yox, əgər biri yenə də şəxsi avtomobili ilə gəlmək istəyirsə, bu zaman müəyyən bir ödəniş etməlidir. Prinsip budur”.

Onun sözlərinə görə, burada astronomik və ya fantastik qiymətlərdən söhbət gedə bilməz.

“Qiymətlər məntiqi və vətəndaş üçün anlaşılan olmalıdır. Həmin zonaların dəqiq sərhədləri və lisenziya məsələləri isə gələcəkdə açıqlanacaq”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

Azərbaycanda qadın yemək yeyərkən faciəvi şəkildə ölüb

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

Ötən həftədə təmizlənən minaların SAYI...

Ötən həftədə təmizlənən minaların SAYI...

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

İlham Əliyevlə İrakli Kobaxidze arasında təkbətək görüş keçirildi – FOTO

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Yenə yağış, külək... – Aprelin 7-nə olan HAVA

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

DW: Türkiyə-Ermənistan sərhədi yaxın aylarda açıla bilər

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

Ukrayna ordusundan sürətli ƏKS-HÜCUM - Xarkovda SON DURUM

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

“Karvan-Yevlax”dan ayrılan futbolçu bu kluba KEÇDİ

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

Taksi sürücülərinin DİQQƏTİNƏ – “150 manat ödəməli olacaqlar”

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

İran müharibəsi Səudiyyə Ərəbistanına milyardlarla dollara başa gəlir

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

SON DƏQİQƏ! İranın nüvə obyektinə zərbə endirildi – VİDEO

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Buraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Uşaqları bıçaqla təhdid edən şəxslə bağlı TƏDBİR görülüb

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Bütün dünya gözləyir: 8 apreldə... - Markov

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Zaqatala bağça müdirinin qanunsuz əməlləri: 10 nəfərdən külli miqdarda...

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Cici Hadid “Epşteyn faylları”nda adının hallanmasına münasibət bildirdi

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Keşlədən neçə nəfər təxliyə olunub? – FHN rəsmisindən açıqlama

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Paytaxtda torpaq sürüşməsi TƏHLÜKƏSİ – Bu yolda hərəkət məhdudlaşdırıldı

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

Gəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

İranda ABŞ və İsrailə casusluq edən 42 nəfər həbs edildi

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

Qubada sürüşmə baş verən yol belə təmizlənir – VİDEO

End of content

No more pages to load

RADİO