Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sea Breeze and Real Estate” mövzusunda panel sessiyası keçirilib.

Bizim.Media xəbər verir ki, “Agalarov Development” şirkətinin nümayəndəsi Stanislav Aleksandrovun moderatorluğu ilə keçirilən panel müzakirələrdə Azərbaycanda və dünya miqyasında daşınmaz əmlak bazarındakı yeni trendlər, şəhərsalma təcrübələri, böyük infrastruktur layihələrinin milli iqtisadiyyata təsiri məsələləri müzakirə olunub, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu təqdim edilib.
 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və “Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze” şirkətinin təsisçisi və sahibi Emin Ağalarov Azərbaycanda və beynəlxalq səviyyədə yaşayış məntəqələrinin inkişafı, yeni formatlar və bazar dinamikası, böyükhəcmli şəhərsalma layihələrinin ölkə iqtisadiyyatına, məşğulluğa, nəqliyyat, turizm və digər sektorlara təsiri haqqında fikirlər səsləndiriblər.


“Scott Brovnrigg” şirkətinin baş icraçı direktoru Darren Komb, “New Murabba Development” şirkətinin inkişaf üzrə direktoru Abdullah Alsuiri, “CM İnternational” şirkətinin təsisçisi Pyotr Kudryavtsev, memarlıq və şəhərsalma üzrə professor Ali Alrauf, "Radisson Hotel Group"un Şərqi Avropada biznesin inkişafı üzrə vitse-prezidenti David Jenkins, "Intercontinental Hotel Group"un MDB, Türkiyə və İsrail üzrə inkişaf direktoru Aleksis Föya, “Merit Hotels & Casinos” şirkətinin beynəlxalq marketinq üzrə vitse-prezidenti Umut Kara, “MEAIT & Rixos & All-Inclusive Collection” şirkətinin böyük meneceri Ritvika Sethi müzakirələrdə iştirak edib, şəhərsalma layihələrinin reallaşdırılmasında mövcud imkanlar və texnoloji yeniliklərə dair fikirlərini bölüşüblər.

Panel sessiya çərçivəsində bir sıra sənədlər imzalanıb.

“Sea Breeze Resort” ilə “Crowne Plaza Hotels & Resorts by IHG” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, 195 otaqlı, 4 ulduzlu hotelin inşası həyata keçiriləcək. Memorandumu “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Crowne Plaza Hotels & Resorts by IHG”in MDB, Türkiyə və İsrail üzrə İnkişaf direktoru Aleksis Föya imzalayıblar.
 

“Sea Breeze Resort” ilə MEAIT və “Rixos” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, 504 otaq və 20 villalı 5 ulduzlu mehmanxananın inşası həyata keçiriləcək. Sənədi “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və MEAIT və “Rixos” şirkətinin İnkişaf üzrə baş meneceri Ritvika Seti imzalayıblar.


“Sea Breeze Resort” ilə “Digital Residence” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandum “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Digital Residence”in layihə meneceri Denis Rudnik tərəfindən imzalanıb.

Tibbi turizmin inkişafı və “Sea Breeze Health Valley” layihələri üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tibbi turizm infrastrukturunun inkişafını nəzərdə tutan Sənəd “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld tərəfindən imzalanıb.

 

Potensial tibbi klaster layihələrinin birgə qiymətləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Tibbi klasterdə potensial layihələrin texniki-iqtisadi əsaslandırmasını nəzərdə tutan Memorandum Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) ilə “Sea Breeze Health Valley” (“Sea Breeze Resort”) arasında imzalanıb. Sənədi ABİF-in icraçı direktoru Yasin Cəlilov və “Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld imzalayıblar.


“Sea Breeze Resort”, “Sana Hospital Group” və “Don Agro International” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Beynəlxalq çoxprofilli tibbi mərkəzin yaradılmasını nəzərdə tutan sənədi “Sea Breeze Health Valley”in rəhbəri Konstantin Qrinfeld, “Sana Hospital Group”un Beynəlxalq əlaqələr direktoru Sven Heininqer və “Don Agro International”ın baş icraçı direktoru Marat Devlet-Kildeyev imzalayıblar.

“Sea Breeze Resort” ilə beynəlxalq hotel şəbəkəsi olan “Radisson Hotel Group” arasında “Radisson Blu” markası altında yeni hotelin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi “Sea Breeze Resort”un sahibi və qurucusu, həmçinin “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Radisson Blu”nun Şərqi Avropa üzrə Biznesin İnkişafı üzrə vitse-prezidenti David Jenkins imzalayıblar. Memorandum çərçivəsində tərəflər “Sea Breeze” ərazisində “Radisson Blu” brendi ilə fəaliyyət göstərəcək hotelin yaradılması, idarə edilməsi və beynəlxalq standartlara uyğun xidmətlərin təmin olunması istiqamətində əməkdaşlıq edəcəklər. Layihə, həmçinin turizmin inkişafına, beynəlxalq səviyyədə tanıtıma və yeni investisiya imkanlarının yaradılmasına töhfə verməyi hədəfləyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

Zaurdan Xalq artistinə: “70 illiyini Lalənin verilişində qeyd etdiyin üçün küsdüm” - VİDEO

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

İlin ən yaxşı klubu PSJ SEÇİLDİ

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Pezeşkian Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

BMT tribunasından İsraili soyqırım törətməkdə ittiham edərkən Ərdoğanın “səsi kəsildi” - ANBAAN VİDEO

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

"Qızıl top"un sahibi MÜƏYYƏNLƏŞDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

Sabirabadda zəlzələ BAŞ VERDİ

“Turan”da serbiyalı voleybolçu

“Turan”da serbiyalı voleybolçu

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

Ərdoğan: “Netanyahu hökumətinin məqsədi Fələstin dövlətinin qurulmasını mümkünsüz etməkdir” - VİDEO

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

“Lev Yaşin” mükafatının qalibi BİLİNDİ

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti ilə görüşüb - FOTO

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

İlin ən yaxşı gənc futbolçusu MƏLUM OLDU

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Əlikram AĞLADI: “Həyatımın ən dəhşətli günləri idi” - VİDEO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Sea Breeze and Real Estate” panel sessiyası keçirildi - FOTO

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

Bərdədə 6 yaşlı uşağa evdə sistem vurulduqdan sonra öldü

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

İlin ən yaxşı məşqçisi müəyyənləşdi - FOTO

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Qaxda 64 yaşlı piyadanı maşın vuraraq öldürdü

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

Fransa Fələstin dövlətini rəsmən TANIDI - VİDEO

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

“Tottenhem” bu futbolçu ilə bağlı QƏRAR VERDİ

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

Bakıda şadlıq sarayında yanğın baş verdi - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Prezident və birinci xanım Nyu-Yorkda - VİDEO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

Hüseyndən Orxana CAVAB: Qalmaqal böyüyür - FOTO

İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

İlham Əliyev Nyu-Yorkda “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edildi - MƏHKƏMƏ/FOTO

End of content

No more pages to load

RADİO